Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / Deputat üzr istəməsə, Milli Məclisin qarşısında etiraz aksiyası olacaq

Deputat üzr istəməsə, Milli Məclisin qarşısında etiraz aksiyası olacaq

Gəncədən Milli Məclisə təyin olunan deputat Naqif Həmzəyevin Azərbaycan Respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadəni təhqir etməsinə ssosial etiraz gündən-günə böyüyür. Belə ki, etirazçılar artıq Milli Məclisin binasının qarşısında etiraz mitinqi keçirmək üçün qollarını çırmalayıblar. Bunun üçün “M.Ə.Rəsulzadəyə ləkə yaxmaq olmaz!” şüarı altında səhifə yaradılıb və o səhifədə elanlar paylaşdırılır.

Elanda deyilir: “Şərqdə və müsəlman dünyasında ilk demokratik cümhuriyyətin banisi M.Ə.Rəsulzadəni təhqir edən qondarma deputat Naqif Həmzəyevin Azərbaycan xalqından üzr istəməsi və etdiyi günahı başa düşmədiyi halda mandatdan məhrum edilməsi tələbi ilə aksiya keçiriləcək! Bütün Rəsulzadə sevərləri, vətənə, torpağa bağlı olan hər kəsi bu aksiyaya dəvət edirik!”
Təşkilatçılardan Ağaşirin Tanriverdioğlunun xural.com-a verdiyi məlumatlara görə, Aksiya Milli Məclisin qarşısında olacaq və aksiyadan sonra Şəhidlər Xiyabanı və Türk Şəhidliyi ziyarət olunacaq. Sabah günün ikinci yarısında Bakı şəhər icra hakimiyyətinə muraciət ünvanlanacaq.
Təşkilatçıların Azinforum.az-a dediklərinə görə ilk tələb Məhəmməd Əmin Rəsulzadəni təhqir etməyə görə xalqdan üzr istənməsidir. “Aksiyanın vaxtına 24 saat qalmışa kimi üzr istəməsə, tələbimiz mandatının ləğv olunması olacaq” – bunu da təşkilatçılar sözlərinə əlavə etdilər.
Aksiya 9 dekabr tarixində keçiriləcək.

Həmçinin oxuyun

Pravoslav kafedral kilsəsinin keşişi: “Əgər bir insan müqəddəs yerləri dağıdırsa, ona insan demək mümkün deyil”

Torpaqlarımızın azad olunacağı günü çoxdan gözləyirdik. Çox xoşbəxtik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandana təşəkkür …

Bir cavab yazın