Cümə , Oktyabr 30 2020
Ana səhifə / Siyasət / Deputat: “Türkiyədəki seçkilərdə qanun pozuntusu yoxdur”

Deputat: “Türkiyədəki seçkilərdə qanun pozuntusu yoxdur”

“Hazırda Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT)xətti ilə seçkiləri izləyirik. Seçimlər çox yaxşı gedir. Bir neçə məntəqədə də olduq. Heç bir qanun pozuntusu yoxdur”.

Bunu Modern.az-a açıqlamasında Türkiyədəki seçkiləri müşahidə edən deputat Musa Quliyev deyib.

O, bildirib ki, vətəndaşlar seçkilərə çox həvəslə gəlirlər.

“İnsanlar seçkilərə kütləvi şəkildə gəlirlər. Beynəlxalq müşahidəçilər də var. Hesab edirəm ki, seçkilər böyük uğurla baş tutacaq. Seçicilər arasında mübarizə gedir. Hər şey qanun çərçivəsindədir. Heç bir qanun pozuntusu halları yoxdur. Mərkəzi Seçi Komissiyasında iqtidar və müxalifət nümayəndələri ilə söhbət etmişik. Heç birində seçki pozuntusu ilə bağlı qeydiyyat yoxdur. Vətəndaşlarla da söhbət etdik. Seçkilərə həvəslə gəlirlər”

Qeyd edək ki, hazırda Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilir.

Xatıradaq ki, bu ilin aprel ayında ölkə rəhbərliyi növbədənkənar seçkilərin keçirilməsi barədə qərar verib. Səsvermə prosesi səhər saat 8-də başlayıb. Axşam saat 5-də isə seçki məntəqələrinin qapıları seçicilərin üzünə bağlanacaq.

Prezidentlik üçün 6 namizəd mübarizə aparır:

Rəcəb Tayyib Ərdoğan – AKP

Meral Akşener – İYİ Partiya

Muharrem İnce – CHP

Doğu Perinçek – Vətən Partiyası

Temel Karamollaoğlu – Səadət Partiyası

Selahettin Demirtaş – HDP

Parlamentə keçirilən seçkilərdə isə 10 partiya mübarizə aparır:

Ədalət və İnkişaf Partiyası (AKP)

Müstəqil Türkiyə Partiyası

Böyük Birlik Partiyası (BBP)

Cümhuriyyət Xalq Partiyası (CHP)

Demokrat Partiya

Xalqların Demokratik Partiyası (HDP)

İYİ Partiya

Milliyyətçi Hərəkat Partiyası (MHP)

Səadət Partiyası

Vətən Partiyası

Həmçinin oxuyun

Novella Cəfəroğlu: “İki adam tutulanda az qalırdı, başımıza bomba yağdırsınlar, indi isə…”

Dünyanın neoimperialist siyasət yürüdən güclərinin beynəlxalq hüququ istəyəndə ayaqları altına aldığını, özlərinə lazım gələndə başlarına …