Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Siyasət / Deputat Ramil Həsən yazır: “Azadlıq aşiqi”, yoxsa meydan elementi?

Deputat Ramil Həsən yazır: “Azadlıq aşiqi”, yoxsa meydan elementi?

Ötən əsrin 80-ci illərinin sonunda SSRİ-nin çöküşünün fonunda Azərbaycanda başlanmış xalq hərakatı keşməkeşli hadisələrlə yadda qalıb. 

Bu mənada, xalq hərakatının “önündə” gedənlərin də kimliyi zaman keçdikcə bütün xalqımıza məlum oldu. Çünki xalq hərakatında millətini sevən, həqiqətən də onun azadlığı uğrunda mübarizə aparan şəxslərlə yanaşı, yaranmış vəziyyətdən sui-istifadə edən, “KQB”-yə agentlik edənlər də var. Bu hərakatda elə təsadüfi adamlar var ki, hətta onun “lideri” səviyyəsinə yüksəlmək iddiasında olub. 

Belələrindən biri də Nemət Pənahlıdır. Nemət Pənahlının adı məhz o dövrün mitinqləri fonunda ictimaiyyət üçün məlum oldu. Adətən, milli azadlıq mübarizələrində xalqın önündə gedən şəxslərin cəmiyyətin qaymağı hesab olunan ziyalılar gedirdisə, heç bir ali təhsili olmayan, ziddiyyətli bir şəxsin – Nemət Pənahlının birdən -birə xalq hərakatının “öndərlərindən” birinə çevrilməsi hələ də qaranlıq olaraq qalır. Məhz belə ziddiyyətlərin fonunda xalqın azadlıq mübarizəsində qoşulan həqiqi vətənpərvər bir çox ziyalılar o dövrün hərakatının rəhbərliyindən uzaqlaşdılar. Belə olan halda isə, meydan Nemət Pənahlı kimilərə qaldı. Bu adamın “KQB”nin cəasusu olması fikri isə zaman getdikcə özünü daha çox doğrultmaqdadır. Bunun isbatlarından biri də 20 yanvar hadisələri zamanı baş verənlərdir. Sovet imperiyasının qoşunlarının xalqımıza qarşı silahdan istifadə edəcəyini hiss edən, məlumat əldə edən ziyalılar insanları meydanlardan dağılışmağa çağırsalar da, artıq özünü hərəkatın lideri hesab edən Nemət əksinə- xalqı meydanlara çağırırdı. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə baş verən qətliam isə bütün dünyaya səs aldı. Dinc, günahsız insanlar imperiyanın qurbanına çevrildi. Amma həmin gecə Nemət Pənahlı xalqın arasında olmadı. Zaman keçdi, Azərbaycan dövlət müstəqilliyini elan etdi. Həmin dövrdən etibarən N.Pənahlı  mövqesizlik nümayiş etdirir, sifətdən sifətə düşməyə davam edir. “Maskalanmış” Nemət ötən illər ərzində sübut edib ki, o, milli azadlıq hərəkatından yalnız şəxsi məqsədləri üçün istifadə edib və onun milli dövlətçiliyimizə sadiqliyindən heç bir söhbət gedə bilməz. O, heç zaman “azadlıq aşiqi” olmayıb, əksinə, sadəcə meydan elementi olaraq müəyyən xarici dairələrin xüsusi xidmət orqanlarının əlində alət kimi istifadə olunur. Diqqət çəkən bir məqam da ondan ibarətdir ki, illər öncə özünə siyasi partiya yaradan Nemət aktiv siyasi fəaliyyətlə məşğul olmayıb, “göbələk” kimi konkret olaraq hansısa mövsümdə gündəmə gəlməyə çalışıb. Onun gündəmə gəlmək cəhdi də müəyyən maraqlara xidmət edib, sifarişli olub. Məqsədi isə müstəqil dövlətimizin artan gücünə, inkişafına əks fikirlər səsləndirmək, ictimai rəyi çaşdırmaqdır. 

44 günlük Vətən müharibəsində də ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti, siyasi, elm, mədəniyyət və ictimai xadimlər Ali Baş Komandana və şanlı ordumuza birmənalı dəstək göstərsə də, Nemət Pənahlının adı onların arasında yox idi. Bu fakt onun hansı əqidəyə xidmət etdiyi bir daha təsdiqləyir. Daha doğrusu, əqidəsizlik, mövqesizlik, satqınlıq və s. neqativ xüsusiyyətlər Nemətin tərcümeyi- halının ən əsas cizgiləridir. Beləliklə, meydan elementi kimi özünə “titul” qazanmış N.Pənahlının günü -gündən inkişaf edən Azərbaycan haqqında hansısa mülahizə yürütmək, fikir və mövqe bildirməyə heç bir mənəvi haqqı yoxdur. Onun adı və bayağı “fikirləri” cəmiyyətimizdə yalnız ikrah doğura bilər. Bu səbəbdən də Nemətin özünü cəmiyyətə siyasətçi kimi sırımaq cəhdi fiaskoya məhkumdur. Yekun olaraq bir daha deyə bilərik ki, Azərbaycan dövlətinin xarici və daxili istiqamətdə həyata keçirdiyi islahatlar siyasəti ciddi uğurlu nəticələr verdiyi, bu istiqamətdə  iradəli addımlar Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli maraqları nəzərə alınaraq həyata keçirilir. 

Buna görə də bu addımlar Azərbaycanın müstəqil dövlət kimi siyasət yürütməsini həzm edə bilməyən müəyyən xarici dairələr və təhlükəsizlik strukturları tərəfindən narahatlıqla qarşılanır. Milli siyasətimiz həmin qüvvələrin məqsədlərinin reallaşmasına ciddi bir maneə və əngəl törətdiyi üçün Nemət Pənahlı kimi insanlardan proseslərə zərər vurmaq məqsədilə alət kimi istifadə edilməkdədir. Amma bir məqam dəqiq və aydındır ki, Azərbaycan dövləti və xalqı “dəmir yumruq” kimi birdir, güclüdür. 

Azərbaycanın dövlət başçısı Cənab İlham Əliyevin öndərliyində atılan bütün addımlar Qarabağ savaşında Azərbaycan xalqının yumruq kimi birləşib düşmənin başını əzərək tar-mar etdisə, ölkəmizin maraqlarına zərbə vurmaq üçün planlar cızan daxili və xarici qüvvələrin hər birini də susdurmağa hazırdır. Azərbaycan dövləti bundan sonra da xalqımızla birlikdə vahid güc olaraq hərəkət edəcək və Nemət Pənahlı kimi tör-töküntülərin bundan sonra da Azərbaycan siyasətində, siyasi mühitində heç bir zaman yeri olmayacaq. 

Ramil Həsən, Azərbaycan Respublikası Milli Məclisinin deputatı 

Həmçinin oxuyun

“Zəngəzur dəhlizi ətrafında mənfi geostrateji və əlverişsiz durum yaranır”

İkinci Qarabağ müharibəsinin 2 ili tamamlanır. Sabah ölkədə Anım Günü olacaq. Müharibədən sonrakı 2 ildə …