Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Siyasət / Deputat: “Polisə zibil atmaq öz atana, qardaşına zibil atmaqdır”

Deputat: “Polisə zibil atmaq öz atana, qardaşına zibil atmaqdır”

Dünyada tüğyan edən COVİD-19 pandemiyası ilə bağlı ölkədə 2 günlük sərt karantin rejimi tətbiq olunub. Bu günlər ərzində Azərbaycan polisi də səfərbər olub. Təəssüf ki, bu 2 gün ərzində polisin qanuni tələbinə riayət etməyən vətəndaşlar da olub. 

Azxeber.com saytı polisin iki günlük sərt karantin rejimindəki fəaliyyətini dəyərləndirmək üçün millət vəkili Aqil Abbasa müraciət edib.

 
O, açıqlamasında nəinki indi, hər zaman polisin əməyini yüksək qiymətləndirdiyini bildirib: 


“Azərbaycan polisi Nazirlər Kabineti və nazirin müvafiqə əmrini icra edən orqan nümayəndələridir və bu onların vəzifə borcudur. Azərbaycan polisi sənin qardaşın, atan, əmin oğludur. Dünən onlara kimsə daş atırdısa, üstünə zibil atırdısa, onlar öz atasına, qardaşına və ən əziz adamına qarşı bu hərəkəti etmiş oldular. Polisə daş atmaq, ona əl qaldırmaq dövlətə daş atıb, ona əl qaldırmaq deməkdir”.

 Deputat deyib ki, polisə müqavimət göstərmək yolverilməzdir: 


“Polis öz vəzifə borcunu yerinə yetirir. Polisin işinə mane olan şəxslər bir saatlıq polisin istifadə etdiyi əlcək və maskanı taxıb, günəşin altında keşik çəksə, dəli ola bilərlər. Buna gücləri çatmaz. Ancaq polis 12 saat günün altında səni qoruyur. Polisə qarşı belə münasibət göstərmək çox pis haldır. Bu hardansa idarə olunan trollar tərəfindən həyata keçirilir. Polis ona müqavimət göstərən şəxsi məcburi şəkildə bölməyə aparmalıdır. Polis vəzifəsini icra edən orqandır. Sosal şəbəkədə polisi təhqir etmək olmaz. Mən polisin işini nəinki sərt karantin rejimində, hər zaman yüksək qiymətləndirmişəm. İki gündə polisin cəkdiyi əziyyəti Allah heç kəsə göstərməsin”.

Həmçinin oxuyun

NATO-da Qarabağ müzakirə edildi: “Erməni qoşunları Qarabağdan çıxmalıdır”

“Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir”. Bu fikirləri Latviyanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin …