Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / Deputat parlamentdə: “Yoxsul əhali əziyyət çəkir, qaz limiti iki dəfə artırılsın”

Deputat parlamentdə: “Yoxsul əhali əziyyət çəkir, qaz limiti iki dəfə artırılsın”


Milli Məclisin deputatı Fazil Mustafa təbii qaza tətbiq edilən limitin (1 700 kub) iki dəfə artırılmasını təklif edib.

Azinforum.azxəbər verir ki, o, bu təklifi Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.

“Həyət evində yaşayan, ödəniş imkanları zəif olan insanlar limitdən çox əziyyət çəkirlər, böyük problemlər yaşayırlar. İstixanalar, dönərxanalar və s. obyektlər, xidmət sahələri pul əldə edə bilirlər. Amma yoxsul əhali üçün bu, böyük problemdir. Təklif edirəm ki, limit iki dəfə artırılsın, ən azı 3 000 kub səviyyəsinə çatdırılmalıdır”, – deputat əlavə edib.

Həmçinin oxuyun

Təbriz Musayev: “İordaniyanın bu addımı müsəlman həmrəyliyinə arxadan vurulan zərbədir”

Azərbaycan 44 günlük müharibəni zəfərlə başa çatdırdı. Ermənistan ordusu məğlub oldu. İşğal olunmuş ərazilərin böyük …