Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Siyasət / Deputat: “Oğru olmayan bələdiyyələrə nə əmr etmək olar ki?”

Deputat: “Oğru olmayan bələdiyyələrə nə əmr etmək olar ki?”

“Bələdiyyə sədrləri və üzvləri oğrudursa, həbs etmək lazımdır. Burada hansı güzəştdən söhbət gedə bilər ki?!”

Bunu parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, bələdiyyələr rayon icra hakimiyyətləri ilə Ədliyyə Nazirliyi arasında qalıblar: “Boynu bükük, qulağı sallaq bələdiyyə sədrinin canını icra başçısı da, Ədliyyə Nazirliyi də alacaq. Qaməti düz olan, işini bilən, oğru olmayan bələdiyyələrə nə əmr etmək olar ki? Özünə hörmət qoyan bələdiyyə sədrlərinə hamı hörmətlə yanaşır. Bələdiyyə rüşvət alırsa, cavab verməlidir. Biz bununla bağlı güzəşt etməməliyik, hər kəs qanun qarşısında bərabərdir. O, oğurluq edəndə bilmir ki, bunun cəzası var? Bələdiyyə sədrləri hər şeyi bizdən yaxşı bilirlər”. (Report)

Həmçinin oxuyun

Abbas Əraqçi: “İran Azərbaycan ərazilərinin işğal olunmasına müxalif olub”

“Cənab Prezident, mənə vaxt ayırdığınıza görə çox təşəkkür edirəm. Hər şeydən əvvəl bu gün Bərdə …