Çərşənbə axşamı , Avqust 3 2021
Ana səhifə / Siyasət / Deputat Nakaidze parlamentdə baş nazirə səsləndi: “Mən azərbaycanlı, Pərixanım Sofiyevanın törəməsiyəm”

Deputat Nakaidze parlamentdə baş nazirə səsləndi: “Mən azərbaycanlı, Pərixanım Sofiyevanın törəməsiyəm”

“Mən bu gün burada Gürcüstandakı azlıqların səsiyəm”.

Bu sözləri Acara bölgəsindən seçilən müstəqil millət vəkili Tariel Nakaidze, parlamentin növbədənkənar plenar iclasında çıxışı zamanı qeyd edib. Onun sözlərinə görə, Gürcüstanda yaşayan azlıqları ikinci dərəcəli vətəndaş kimi qeyd etmək və onları yalnız təhlükəsizlik baxımından nəzərdən keçirməyə icazə verilməyəcək: “Mən Pələng Dərisi Geyinmiş Pəhləvanın qəhramanı Tarielin adını daşıyıram. Mən böyük gürcü atalarının Memedbeg Abaşidze, Selimbeg Ximşiaşvili, Gulo Kaikaçişvili, Sayatnova, İlya Çavçavadze və azərbaycanlı qadın, Pərixanım Sofiyevanın törəməsiyəm. Mən bu gün burada Gürcüstandakı azlıqların səsiyəm. Mən bir Gürcüstan müsəlmanıyam, yaxşı bilməyinizi istəyirəm cənab Baş nazir, mən bir Gürcüstan müsəlmanıyam. Rustaveliyə ləyaqətlə və azadlıqla gələcəyik, məscidlər tikəcəyik, kilsələr tikəcəyik, sinaqoqlar tikəcəyik, azad, müstəqil və rəngarəng Gürcüstan quracağıq, çünki bizim üçün bu mənəviyyatın əsas məbədidir. Mən suallarımızın üzərindən keçməyinizə icazə verməyəcəyəm, suallarımızı cavablandırmalısınız. Gürcüstanda yaşayan azlıqları ikinci dərəcəli vətəndaş kimi qeyd etmək və onları yalnız təhlükəsizlik baxımından nəzərdən keçirməyinizə icazə verməyəcəyəm. Gürcüstan bizim vətənimizdir, bizim başqa vətənimiz yoxdur!”, – deyə T. Nakaidze bildirib. 24News.ge

Həmçinin oxuyun

Rusiyadakı diaspor təşkilatlarımız Jirinovskinin hədələrinə niyə reaksiya vermədi?

“Qorxu, xof səbəbindən, bir tikə çörək dalınca qaçmaları, qurduqları bizneslərinin dağılmaması və hədəfə tuş gəlməmək …