Şənbə , Yanvar 16 2021
Ana səhifə / Siyasət / Deputat Mikayıl Cabbarovdan danışdı: “Erməniləri pərt etmək üçün…”

Deputat Mikayıl Cabbarovdan danışdı: “Erməniləri pərt etmək üçün…”

“Ermənilərlə müxtəlif platformalarda söz atışmaları özü də diplomatiyamızın əhəmiyyətli funksiyalarından biri sayılır. Burada ilk öncə psixoloji üstünlüyü götürmək üçün mövzunun mahiyyətinə uyğun hazırcavablıq və digər kənar müşahidəçilər tərəfindən bəsit, eyni zamanda beynəlxalq etiketə uyğunsuz formada görünməyəcək üslub vacibdir. Qışqırıqçılıqla, yalvarmaqla, “noolar, məni evimə qayıtarın” ritorikası ilə auditoriyanın rəğbətini öncədən itirmiş olursan”.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib. Deputat iqtisadiyyat naziri Mikayıl Cabbarovun Bakıda keçirilən beynəlxalq tədbirdə Ermənistan nümayəndə heyəti üzvünün iddiasına verdiyi cavaba da toxunub:

“Ötən gün İqtisadiyyat naziri Mikayıl Cabbarovun cavabını izlədim və sonra da diqqətlə oxudum. Erməni rəsmisinin sərgilədiyi küstah davranışlara mahiyyət üzrə verilən cavabdır.

İki istiqamət erməniləri pərt etmək üçün daha məqbuldur. Birincisi, ciddi iqtisadi layihələrdən kənarda qalmanın günahkarının özləri olduğunu vurğulamaq, ikincisi isə faşizmi Njdenin obrazında təşviq etmək istəyən cəmiyyət olduqlarına görə ittiham etmək. Hər ikisi də əks cavab verməyə imkan tanımayan ittihamlardır. Digər tərəfdən İrəvanla bağlı eyham da yerinə düşdü”.

Fazil Mustafa qeyd edib ki, Mikayıl Cabbarov bir dövlət rəsmisinin ekstremal situasiyada necə tutarlı cavab verməsinin lazım gəldiyini ortaya qoyub:

“Əlbəttə, hamımıza aydındır ki, biz torpaqlarımızı bu cür söz atışmaları ilə geri qaytarmayacağıq, əvvəl-axır mütləq savaş meydanında işğalçının dərsini verməliyik. Lakin o böyük savaşa qədər, bu cür söz atışmalarına hazırlığımız yetərli səviyyədə olmalıdır ki, beynəlxalq auditoriyada psixoloji üstünlüyümüzü itirməyək”.

Həmçinin oxuyun

“Şuşada təmir etdiyim evdə yaşaya bilmədim” – Erməni qadından Arayikə etiraz

Azərbaycanın tarixi şəhəri olan Şuşada vaxtilə qanunsuz məskunlaşdırılmış ermənilərdən biri separatçıların lideri Arayik Arutyunyana üsyan …