Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Siyasət / Deputat: Mənə deyirlər, sənin “başını əkəcəklər”

Deputat: Mənə deyirlər, sənin “başını əkəcəklər”

“Mənə deyirlər, xarici şirkətlər sənin “başını əkəcəklər”. Kobud ifadəyə görə üzr istəyirəm…”

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Kərimli deyib.

“Azərbaycanın neftindən, qazından faydalanan beynəlxalq şirkətlər var, sərbəst şəkildə fəaliyyət göstərirlər. Onların vergi siyasəti kimə bəllidir? Milli Məclisdə Baş Nazir Əli Əsədova, Maliyyə naziri Samir Şərifova müraciət edərək şəffaflıq tələb etdim. Deputat kimi bilmək istəyirəm. Bu məsələni iki il əvvəl də qaldırmışam. Desinlər, görək bizə nə qədər vergi verirlər? Necə olur, heç nəyi olmayan insandan vergi tələb edirik, bu boyda şirkətlərdən tələb etmirik?! Bir neçə il öncə, ölkə Prezidentinin BP şirkəti ilə danışıqlarını xatırlayırsınız. Ortada 8 milyard dollarlıq məsələ vardı. Prezident həmin vaxt hirslənmişdi…” – T.Kərimli qeyd edib.

Həmçinin oxuyun

Zərdüşt Əlizadə: “Hərbi bazaya ehtiyac yoxdur, Türkiyə çox yaxındır”

“Ölkəmizdə xarici hərbi bazanın yerləşdirilməsinə ehtiyac yoxdur”. Bu sözləri politoloq Zərdüşt Əlizadə “Reytinq”ə müsahibəsində bildirib. …