Çərşənbə , Fevral 1 2023
Ana səhifə / Siyasət / Deputat Kəmaləddin Heydərovun oğluna cavab verdi: “Müdrik məsləhətlər vermək əvəzinə bunu edin”

Deputat Kəmaləddin Heydərovun oğluna cavab verdi: “Müdrik məsləhətlər vermək əvəzinə bunu edin”

Deputat Etibar Əliyev Avropa Azərbaycan Məktəbinin təsisçisi, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova cavab verib.

E.Əliyev T.Heydərovun “Müəllimin şagirdə mənəvi və ya fiziki cəza tətbiq etmək ixtiyarı yoxdur. Heç bir halda! Müəllimin şagirdə qarşı istənilən təzyiqi onun məktəbdən uzaqlaşdırılması ilə nəticələnməlidir. Onun məktəbə, təhsilə verdiyi töhfədən və pedaqoji stajından asılı olmayaraq…” fikri ilə razılaşdığını bildirib.

“Biz də belə düşünürük. Ancaq təhsil haqqı 14 min manat olan məktəbdə də müəllim şagirdi döyür? Belə pullu məktəblərin təsisçilərinə bir sual vermək lazımdır. Məktəbinizdə  kasıb təbəqədən olan istedadlı uşaq təhsil alırmı? Bütün dünyada istedadlı uşaqları çıraqla axtarırlar və maddiyyat bu məsələdə rol oynamır. Əsl vətənpərvərlik istedada fərq qoymamaqdır. Və çalışın heç olmasa məktəbinizdə musiqi dərsində uşaqlar mahnıları Ana dilində oxusunlar. Bizə müdrik məsləhətlər vermək əvəzinə bunu edin.

ABŞ-ın Yell Unuversitetinin tarixində ən gənc (26 yaşında) professor olmuş, Fizika, Kimya, Biologiya və Riyaziyyat sahələrində adını dünyaya eşitdirmiş və “Türk Eynşteyni” adlandırılan Oqtay Sinanoğlu gözəl deyib: “Hər getdiyim ölkənin dilini öyrənməyə çalışdım. Hətta Yaponiyada yaponca elmi mühazirələr də verdim. Amma təhsilin başqa bir dildə olması tamam qorxulu bir hadisədir. Alman universiteti Alman dilində, Yapon universiteti isə Yapon dilində təhsil verir. Dünyada təhsil dilini ingiliscə edərək xarici dili öyrətmə üsulu deyə bir üsul yoxdur!”” – E.Əliyev qeyd edib.

Həmçinin oxuyun

Viktor Orban: “Mən Prezident İlham Əliyevdən beynəlxalq arenada daha da uğurlu olmağı öyrənməliyəm”

“Mən Prezident İlham Əliyevdən beynəlxalq arenada daha da uğurlu olmağı öyrənməliyəm”. Bu barədə Macarıstanın Baş …