Şənbə , Oktyabr 16 2021
Ana səhifə / Siyasət / Deputat: “İran Azərbaycana qarşı mübarizə ilə guya sionizmi cəzalandırır…”

Deputat: “İran Azərbaycana qarşı mübarizə ilə guya sionizmi cəzalandırır…”

“Azərbaycan-İran münasibətləri müharibə həddinə gəlib çıxa bilməz. Buna oxşar olaraq İran-İraq müharibəsinin acı nəticəsi göz önündədir. İranın əhalisinin təxminən yarısı azərbaycanlılardan ibarətdir. Yəni, İranın müharibə istəyi ölkədaxili çalxalanmaya səbəb ola bilər. Ona görə də müharibə ehtimalının olmadığını hesab edirəm”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli Azərbaycan-İran münasibətləri barədə danışarkən deyib.

Deputat bildirib ki, İran Azərbaycanın kiçik dövlət olduğunu və uşağın başına sığal çəkən kimi Azərbaycanı da təhdid edib, sakitləşdirə biləcəyini düşünür: “İran azərbaycanlıları, Azərbaycanı Xeybər adlandırır. Xeybər Məkkə yaxınlığında yerləşən, vaxtilə yəhudilərin yaşadığı bir şəhərdir. İran “yəhudi” anlayışı ilə “azərbaycanlı” anlayışını artıq eyniləşdirir. Azərbaycana qarşı mübarizə ilə guya sionizmi cəzalandırırlar. Azərbaycan Xarici İşlər Nazirliyi də bu məsələ ilə bağlı çox ağıllı bəyanat yaydı. Ümumiyyətlə, İranın bütün mətbuat orqanları hazırda türkçülüyə qarşı mübarizə aparırlar. Qorxurlar ki, Türkiyə ilə Azərbaycan birləşəcək, türk dövlətləri bir araya gələcək, hətta Asiya ölkələri də prosesə qoşulacaq, regionda türkçülük üçün əla imkan yaradılacaq və s. İran cavab versin ki, niyə məscidində donuz otaran ermənilərə kömək edir?! Əsas bundan danışsın. Yoxsa, İsrail elə gəldi, belə getdi… İrana hər zaman hörmət qoyulub, hətta Azərbaycan İsraildə səfirlik belə açmayıb. Ölkəmiz hər zaman Ermənistandan başqa digər qonşu ölkələrlə dostluq münasibətlərinin qurulmasında maraqlı olub. Bəs necə olur ki, vaxtilə İsrail İrana kömək edəndə yaxşı olurdu, amma Azərbaycana dəstəyini göstərə bilməz?! Hesab edirəm ki, belə davranışa tezliklə son qoyulmalı və İran da Türkiyənin 3+3 (Azərbaycan, Gürcüstan və Ermənistan + Rusiya, Türkiyə və İran) modulunda mühüm mövqe tutmalı, lazım gələrsə Azərbaycan-Türkiyə-Pakistan təlimlərinə qoşulmalıdır. Yəni, münasibətləri yaxşılaşdırmaq hər bir ölkənin xeyrinədir”.

Həmçinin oxuyun

“Pis sülh, yoxsa yaxşı müharibə”: Bizim üçün hansı məqbuldur?

Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinin(MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən son iclasında …