Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Siyasət / “Deputat həmkarımın hərəkətinə görə iki gecədir, yata bilmirəm” – Eldar İbrahimov

“Deputat həmkarımın hərəkətinə görə iki gecədir, yata bilmirəm” – Eldar İbrahimov

“Eldəniz Səlimov Milli Məclisdə özünü elə tərbiyəli aparırdı, bəzən mən deyirdim ki, bu nə qədər tərbiyəli oğlandı. Kaş ki, bizim deputatların hamısı belə olsun. Bir də görürsən ki, kənarda daha çox tərbiyəli görünən insan ortalığa çıxanda tərbiyəsiz hərəkətlər edən adamdır. Yəni, insanları tanımaq olmur. Amma bütün hallarda deputat o adam olmalıdır ki, axı səni mötəbər bir məclisə seçiblər. Milli Məclisin deputatı böyük addır, şərəfli addır. Sənin nişanın var, toxunulmazlığın var. Konstitusiya ilə sənə güzəştlər verilib. Bunu yerə vurmaq olarmı?”

Bunu Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Eldar İbrahimov İctimai Televiziyanın “Diqqət mərkəzi” verilişində qonaq olarkən deyib.

O, polisə qarşı nalayiq hərəkətlərə yol verən Eldəniz Səlimov haqda danışarkən onu da qeyd edib ki, bəzi deputatlar baş verənləri anlamırlar:

“Deputat həmkarımın hərəkətinə görə iki gecədir yata bilmirəm. Milli Məclisdə də deputatların çoxu bunun üçün narahat oldular. Artıq narahatlıqdan keçib, çünki günah bunun özündə olub. Bu adam deputatlıq statusundan istifadə edib, özü üçün hər şey yaradıb. Mən onları bilmirəm, amma belə deyirlər. İnsan nə qədər yuxarı qalxırsa, o qədər başını aşağı dikməlidir. Qudurma söhbəti var da… İnsan qudurmamalıdır. Mən bunu təhqir mənasında demirəm. Sadəcə, fikrimi ifadə etmək istəyirəm ki, insanın nə qədər imkanı genişlənirsə, hörməti artırsa, bir o qədər də başıaşağı, təvazökar olmalıdır” – E.İbrahimov bildirib.

Həmçinin oxuyun

“Ermənistan irəliləyişin qarşısını almağa cəhd edir” – Ceyhun Bayramov

“Münaqişənin həlli Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması ilə regional əməkdaşlıq, inkişaf və rifah üçün yeni …