Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Siyasət / Deputat: “Gözü bağlı şəkildə kişiylə qadını bərabərləşdirmək, süni şəkildə onları eyniləşdirmək heç vaxt fayda verməyib”

Deputat: “Gözü bağlı şəkildə kişiylə qadını bərabərləşdirmək, süni şəkildə onları eyniləşdirmək heç vaxt fayda verməyib”

“Azərbaycan ailəsində hər bir zaman böyüyə hörmət olub. Kişinin kişi yeri, qadının qadın yeri olub. Bilirsiz, gözü bağlı şəkildə kişiylə qadını bərabərləşdirmək, süni şəkildə onları eyniləşdirmək heç vaxt fayda verməyib, verməyəcək də. Qadınla kişinin fiziologiyası da, gücü də, hətta beyinin quruluşu, çəkisi belə bir-birindən fərqlənir”.

Bunu millət vəkili Jalə Əliyeva İTV-də yayımlanan “3D” verilişində azərbaycanlı ailəsində kişi və qadın münasibətlərindən danışarkən deyib.

“İşləmək, oxumaq hüququ hər ikisinin eynidir. Amma elə məsələlər var ki, orada qadın qadın olmalıdır, kişi də kişi. Əks təqdirdə cəmiyyətin tarazlığı pozular.

Həyatda heç kim heç nədən sığortalanmayıb. Kişi obrazının olmamağına baxmayaraq, hər iki obrazı özümdə birləşdirərək, həyatıma davam etmişəm” deputat bildirib.

Həmçinin oxuyun

“Qarabağ məsələsinə münasibətdə İranın mövqeyi şəffaf və birmənalı idi” – Seyid İbrahim Rəisi

“Qarabağ məsələsinə münasibətdə də İran İslam Respublikasının mövqeyi şəffaf və birmənalı idi. İranda İslam inqilabının …