Çərşənbə axşamı , Avqust 3 2021
Ana səhifə / Siyasət / Deputat: “Ermənistanın Azərbaycanla əməkdaşlıqdan başqa çıxış yolu yoxdur”

Deputat: “Ermənistanın Azərbaycanla əməkdaşlıqdan başqa çıxış yolu yoxdur”

“44 günlük müharibədən sonra Azərbaycan Ordusunun nəyə qadir olduğu hər kəsə məlum oldu. Prezident də çıxışında bildirdi ki, ordu quruculuğu istiqamətində yeni müqavilələrin imzalanması, yeni silahların əldə edilməsi mütləqdir. Ordu quruculuğunda islahatlar davam etdiriləcək. Bu, döyüşkən ordunun daha da təkmilləşməsi üçün ən vacib məsələlərdən biridir. Biz NATO-nun ən döyüşkən ordusu olan Türkiyə ordusu ilə birlikdə təlimlərdə iştirak edirik. Bu, kadr potensialının artırılması üçün vacibdir”.

Bu sözləri Demokrat.az-a Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Prezident İlham Əliyev Silahli Qüvvələr Günündə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyəti ilə görüşündəki çıxışına toxunan deputat Ermənistanın Azərbaycanla əməkdaşlıqdan başqa çıxış yolunun olmadığını bildirib:

“Ordunun təkmilləşməsi üçün vacib məsələlərdən biri də maliyyə vəsaitidir. Azərbaycan cari ilin büdcəsindən ordu quruculuğu üçün böyük maliyyə ayırıb. Ermənistan bütün bunları nəzərə almalıdır. Ermənistan bir dövlət kimi məhv olmaq istəmirsə, sülh müqaviləsinin imzalamaq barədə real addımlar atmalıdır. Qarşı tərəf sərhədlərin delimitasiya və demarkasiya prosesinə maneələr yaratmaqdan imtina etməli, yeni kommunikasiya xətlərinin açılmasında da iştirak etməlidir. Ermənistan həm də öz vətəndaşlarının rifahını yüksəltmək üçün bu addımları atmalıdır. Bizim Ermənistana deyil, Ermənistanın bizə ehtiyacı var”.

Deputat həmçinin Ermənistanın münasibətləri normallaşdırmaq üçün ilk növbədə Dağlıq Qarabağ ifadəsindən imtina etməsinin əhəmiyyətli olduğunu vurğulayıb:

“Azərbaycanın məqsədi öz tarixi sərhədlərini bərpa etməkdir. Prezidentin də dediyi kimi, Qarabağ məsələsi var idi, lakin Azərbaycan bu məsələni güc yolu ilə həll etdi. Artıq Ermənistan da Dağlıq Qarabağ ifadəsindən istifadə etməməlidir. Ermənistan bu ifadəni işlətməklə xaricdən müxtəlif yollarla ianələr alıb. Məlum məsələdir ki, artıq bu proses mümkün deyil. Azərbaycan və dünya üçün Dağlıq Qarabağ ifadəsi yoxdur. Ermənistan da özünü mövcud vəziyyətdən qurtarmaq, dünya il ayaqlaşmaq istəyirsə, ilk növbədə məhz bu ifadəni işlətməkdən əl çəkməlidir. Ermənistanın başqa yolu yoxdur. Azərbaycanla əməkdaşlıq, münasibətlərin normallaşması yolunda addımlar atmasa, bu ölkəni daha çətin vəziyyət gözləyir”.

Həmçinin oxuyun

Rusiyadakı diaspor təşkilatlarımız Jirinovskinin hədələrinə niyə reaksiya vermədi?

“Qorxu, xof səbəbindən, bir tikə çörək dalınca qaçmaları, qurduqları bizneslərinin dağılmaması və hədəfə tuş gəlməmək …