Bazar , Oktyabr 25 2020
Ana səhifə / Siyasət / Deputat erməni dilini öyrənib

Deputat erməni dilini öyrənib

“Dağlıq Qarabağ müharibəsi başlayandan mütəmadi olaraq erməni dilini öyrənirəm. Artıq erməni dilində xəbərləri, məlumatları sərbəst oxuya və anlaya bilirəm”.

Bunu Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.

Deputat özünün erməni dilini öyrənməyinin haradan qaynaqlandığını da açıqlayıb:

“Onların ümumi düşüncələri ilə müəyyən qədər tanış olmaq üçün buna bir ehtiyac hiss etdim”.

A.Mollazadə deyib ki, indi beynəlxalq tədbirlərdə ermənilərin öz aralarında n’ danışdıqlarını da başa düşür:

“Beynəlxalq tədbirlərdə ingilis dilində danışsaq da, ermənilərin öz aralarında öz dillərində nələrdən danışdıqlarını anlayıram”.

Asim Mollazadə qeyd edib ki, erməni dilini öyrənmək və bilmək çox vacibdir:

“Biz Ermənistanda ictimai-siyasi prosesləri yaxından izləməli və durumun hansı formada olmasını hər zaman bilməliyik. Ən azı bu ölkənin mediasını kontent analizdən keçirməyi bacarmalıyıq”.(modern.az)

Həmçinin oxuyun

Deputat: “Ermənistanda bədbəxtlik hələ bundan sonra başlayacaq”

Ermənistan KİV-lərində yayılan məlumatlarda bu ölkədə müharibə aparılan dövrdə kəskin bahalaşmanın yaranması öz əksini tapmaqdadır. …

Bir cavab yazın