Bazar ertəsi , Sentyabr 21 2020
Ana səhifə / Siyasət / Deputat: “Erkən seçki ola bilər”

Deputat: “Erkən seçki ola bilər”

Belarusda etirazların davam etdiyi bir vaxtda Rusiya prezidenti Vladimir Putin həmkarı Aleksandr Lukaşenkonu Moskvaya dəvət edib.  İki lider arasında telefon söhbətindən sonra yaxın həftələrdə Moskvada görüş gözlənilir. Bununla Kreml Lukaşenkoya dəstəyini nümayiş etdirib.

Deputat, politoloq Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, bu gün sözün həqiqi mənasında yeni dünya düzəni formalaşır. Onun fikrincə, artıq böyük dövlətlər arasında rəqabət yeni hala keçir.

Bənzər Yazılar

Hafiz Hacıyevin iddiaları və Pənah Hüseynin “Nə şiş yansın, nə kabab”ı – Video

İqbal Ağazadə: “Ramiz Mehdiyev nə edirsin etsin, xeyri olmayacaq”

İqbal Ağazadə: “Təhsil naziri uğurlu ola bilər, amma…”

E.Nəsirov hesab edir ki, hər böyük dövlət öz maraqlarını müdafiə etməkdə israrlıdır. Deputatın sözlərinə görə, ilk dəfə Türkiyə də güc mərkəzi kimi fəaliyyətə başlayıb və bu da sevindirici haldır.

Deputat rəsmi Ankara böyük strateji maraqlarını Suriya, Liviya ərazilərində qorumağı bacarır. E.Nəsirov belə güc mərkəzlərindən birini də Rusiya sayır:

“Gözümüzün qarşısında Ukrayna nümunəsi var. Rusiya bu mübarizədə daha zəif olduğundan Krımı götürdü, Donbas və digər əraziləri ələ keçirdi.

Belə bir təcrübəyə malik Rusiyanın Belarus hadisələrinə kənardan müşahidəçi qalması, öz maraqlarını müdafiə etməməsi əlbəttə ki, səthi yanaşma olardı.

Moskva Minskdə gedən prosesləri diqqətlə nəzarətdə saxlayır və öz maraqlarını sona qədər müdafiə etmək istəyini ortaya qoyur.

Burada söhbət heç də Rusiya hakimiyyətinin Belarus iqtidarına simpatiyasından getmir.

Hətta deyərdim ki, Putinin Lukaşenkodan bir o qədər xoşu gəlmir. Sadəcə, Rusiyanın Belarusda strateji maraqları var və Kreml hesab edir ki, hazırkı prezident getsə, qərbyönümlü qüvvələr iqtidara gələcək”.

Siyasi ekspert deyir ki, Ukrayna kimi Belarusun da Rusiya ilə olan strateji maraqların üstündən xətt çəkməsi riski var:

“Yeni gələn qərbyönümlü qüvvə bu siyasi kursu seçə bilər. Ona görə Rusiya bütün vasitələrdən istifadə edəcək. Hətta Belarusa hərbi qüvvə yeridə bilər.

Bu mənada Putinin hadisələrə 20 gün sonra mövqe bildirməsi, Belarusla bağlı güzəştsiz siyasət həyata keçirməsi təsadüf sayıla bilməz. Moskva üçün Lukaşenko hakimiyyətini saxlamaq həyati əhəmiyyətli məsələyə çevrilib”.

Deputat istisna etmir ki, o dövrdə Ukrayna xalqının tutduğu dəyişməz mövqe nəzərə alınaraq, Belarusda da erkən seçkiyə gedilə bilər:

“Bu seçkilərdə Lukaşenko qurban verilmiş olsa belə, Moskva istəmir ki, yerinə qərbpərəst siyasətçi gəlsin.

O baxımdan Putin Belarusa yeni kadr gətirə bilər. Çünki Belarusdakı iqtidarın rusyönümlü olması strateji məsələdir”.

Həmçinin oxuyun

Azərbaycan XİN-in kollegiyasının tərkibi dəyişdi

Nazirlər Kabineti “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” 2004-cü il 3 …