Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / DEPUTAT ELMAN NƏSİROV İSTİNTAQDA DİNDİRİLƏCƏK – Əfqan Muxtarlının işi üzrə

DEPUTAT ELMAN NƏSİROV İSTİNTAQDA DİNDİRİLƏCƏK – Əfqan Muxtarlının işi üzrə

Bakı Apellyasiya Məhkəməsində Əfqan Muxtarlının barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına buraxılması barədə şikayətə baxılıb.Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Vüqar Məmmədov sədrlik edib. Məhkəmə Nəsimi Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətini təmin etməyib.
Jurnalistin vəkili Elçin Sadıqov bildirib ki, Əfqan Muxtarlının həbsinin “iki ölkənin xüsusi xidmət orqanlarının əməliyyatı” olduğunu təsdiqləyən deputat Elman Nəsirov istintaqda dindiriləcək: “Biz həm deputat Elman Nəsirovun, həm də həmin fikrin səsləndirildiyi, İctimai Televiziyadakı “Carçı” proqramının aparıcısının dindirilməsi haqda istintaq qarşısında vəsatət qaldırmışdıq. Vəsatətimiz təmin olunub. Onlar dindiriləcək. Bundan əlavə, Əfqan Muxtarlının da tanıdığı, iş üçün əhəmiyyət kəsb edən daha bir nəfərin dindirilməsi haqda da vəsatət qaldırmışdıq. O vəsatətimiz də təmin olunub”.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın