Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Deputat dövlət fondunu məhkəmədə uddu

Deputat dövlət fondunu məhkəmədə uddu

Xəbər verdiyimiz kimi, “Azəraqrartikinti” ASC Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamentini məhkəməyə verib.

Millət vəkili Ağalar Vəliyevin sədri olduğu ASC 63 700 manat borc üzrə öhdəliyə xitam verilməsini və borcun silinməsinin cavabdehə həvalə edilməsini tələb edib.

Azvision.az-ın əldə etdiyi məlumata görə, məhkəmə çəkişməsində “Azəraqrartikinti” ASC DSMF-ni udaraq 48 min manat borcun silinməsinə nail ola bilib.

Şirkət işçilərinin bildirdiyinə görə, DSMF ASC-nin Qəbələ “Aqrartikinti” filialına 63 700 deyil, 48 min 484 manat 75 qəpik borc yazıb. Amma həmin borc müddəti keçdiyi üçün 10 iyul 2015-ci il tarixində Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə silinib.

Ali Məhkəmə Şəki Apelyasiya Məhkəməsinin qərarını təsdiq edib.

DSMF-dən isə sayta bildirilib ki, Fond məhkəmənin qərarından apelyasiya şikayəti verib.

Apelyasiya Məhkəməsinin qərarından sonra Fond bu barədə geniş açıqlama verəcək.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın