Şənbə , Yanvar 23 2021
Ana səhifə / Siyasət / Deputat Aygünlə İlhamənin dava-dalaşından danışdı…

Deputat Aygünlə İlhamənin dava-dalaşından danışdı…

Azərbaycanın xalq artistləri İlhamə Quliyeva və Aygün Kazımova arasında “elan olunmamış müharibə” son günlər dahada da alovlanıb. Hətta söz davası o səviyyəyə çatıb ki, tərəflər ətrafdakı insanlara, sosial şəbəkə istifadəçilərinə məhəl qoymadan bir-birilərinə küçə sözləri ilə təhqirlər yağdırmaqdan da çəkinmirlər. Vaxtilə xalq artisti deyəndə adamın gözündə əlçatmaz-ünyetməz sənətkarlar canlanırdı, amma indi bəzi xalq artistləri çətin tərbiyə olunan uşaqlardan fərqlənmir…
Nədənsə xüsusi günlərdə həmin sənətçiləri təltif edən, geninə-boluna imkanlar yaradan Mədəniyyət və Turizm Nazirliyi son olaylarla bağlı seyrçi mövqeyindədir. Qurumun mətbuat xidmətinin rəhbəri müraciət edilən hər bir məsələ üçün “hər hansı bir açıqlama yoxdur” deməklə yaxasını kənara çəkir. Xatırlatmaq istəyirik ki, cənab nazirlik əməkdaşları, görünən kəndə heç bələdçi də gərək deyil. Siz susmaqda davam edin. Danışmaq qərarına gələndə xəbər edərsiniz…
Məsələ ilə bağlı danışmaq istəyən Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva baş verənlərdən mədəniyyət adına təəssüfləndiyini deyərək, istənilən şəxsin işlətdiyi sözlərə diqqət etməsi gərəkdiyini vurğulayıb. Deputat Modern.az saytına açıqlamasında deyib:
“Səhnədən cəmiyyətə çatdırılan informasiya-istər musiqi, istər dram əsəri, istər rəsm əsəri olsun, fərqi yoxdur. Səhnə, sənət vasitəsilə verilən mesaj dəyərə çevrilir. Cəmiyyətin sevdiyi, populyarlıq qazanan, öndə gedən insanlarından söhbət gedirsə, bu insanlar davranışlarına, hərəkətlərinə, dillərindən çıxan sözlərə diqqət etməlidirlər. Əslində bu, təkcə sənət adamına deyil, hamıya aiddir. Çünki, bu insanlar üzərlərində bir yük daşıyırlar. Bu yük isə cəmiyyəti istiqamətləndirmək missiyasını özündə ehtiva edir. Ona görə də hesab edirəm ki, onların daha məsuliyyətli olmaları gərkir. Etiraz, etika duyğuları da geniş mənada anlaşılsaydı bu, ümumi işimizin xeyrinə olardı”.
Deputat “Mədəniyyət və Turizm Nazirliyinin bu hadisələrlə bağlı susqunluğunu necə qiymətləndirirsiniz” sualına “nazirliyin işini qiymətləndirəcək orqan mən deyiləm”,-deyə cavablandırıb:
“Hesab edirəm ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda dövlət mədəniyyət siyasətinin həyata keçirilməsində kifayət qədər əhəmiyyətli rol oynayır. Bizim hər birimiz dövlətin idarəetməsində müəyyən qollarıq. İstər nazirlik, istər parlament üzərinə düşən vəzifəni kifayət qədər yerinə yetirir. Son məsələdə onların reaksiyasına gəldikdə isə bu sualı ən azından mətbuat xidməti səviyyəsində onlara ünvanlamanız daha doğru olar. Yəqin ki, onlar da cavablandırarlar”.
Hörmətli deputat Jalə Əliyevaya xatırlatmaq istəyirik ki, biz elə sualımızı mətbuat xidməti səviyyəsində ünvanlandıq. Onların isə verəcək bir cavabı olmadığından susdular…

Həmçinin oxuyun

Ərdoğan:”Türkiyənin PUA-ları Qarabağda olduğu kimi müharibə metodlarını dəyişdirib”

“Türkiyənin zərbə PUA-ları əldə etdiyi uğurlarla 44 günlük Qarabağ zəfərində olduğu kimi müharibə metodlarını da …

Bir cavab yazın