Şənbə , İyul 20 2019
Ana səhifə / Siyasət / “Demişdik ki, bu uğuru Cavid Hüseynova həsr edəcəyik” – Tale Heydərov

“Demişdik ki, bu uğuru Cavid Hüseynova həsr edəcəyik” – Tale Heydərov

“Səfərdə qeydə alınan 1:1 hesabı bizim üçün əlverişli nəticədir. İndi cavab oyununu düşünməliyik”.
Bu sözləri “Qəbələ”nin prezidenti Tale Heydərov deyib.
T.Heydərov qeyd edib ki, mərhələ adlayacaqları halda, bu uğuru “Qəbələ”nin kapitanı, hazırda həbsdə olan Cavid Hüseynova həsr edəcəklər: “Lill”in gücü hər kəsə bəllidir. Bu gün böyük tarixi və böyük büdcəsi olan komandaya qarşı oynadıq. “Lill” son Fransa çempionatında beşinci olub. Səfərdə komandamız sərfəli nəticə qazandı. Daha əvvəl komanda ilə söhbətimiz olmuşdu. Baş məşqçimiz başda olmaqla, bütün futbolçulara bildirilmişdi ki, mərhələni keçəcəyimiz halda bu uğuru Cavid Hüseynova həsr edəcəyik. Buna görə də komanda bütün gücünü meydanda qoymalıdır. Futbolçular da sağ olsunlar ki, bu gün meydanda tam gücləri ilə rəqibə qarşı mübarizə apardılar”.(qol.az)

Həmçinin oxuyun

Hakim blokun deputatı Ermənistanın AŞPA-dakı nümayəndə heyətindən çıxarılır

Ermənistan parlamentindəki hakim “Mənim addımım” blokunun deputatı Ovannes İgityan Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə …

Bir cavab yazın