Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / “Demirchi Tower”dan şok qərar

“Demirchi Tower”dan şok qərar

Bakıdakı ən böyük biznes mərkəzlərindən biri olan “Demirchi Tower”in rəhbərliyi şok qərar qəbul edib. Azinforum.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, biznes mərkəzinin rəhbərliyi binada siqaret çəkməyə qadağa qoyub.
İlk baxışdan burda qeyri-adi heç nə yoxdu. İctimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyula bilər. Amma insanlara heç bir əsasla siqaret çəkməyi qadağan etmək olmaz. Bunun üçün ictimai yerlərdə, biznes mərkəzlərində xüsusi otaqlar ayrılır ki, istəyənlər orda siqaret çəkə bilsin.
“Demirchi Tower” isə insanların hüquqlarını pozmaqla yanaşı, qanunları da tapdalamaq yolunu seçib. Biznes mərkəzinin rəhbərliyi bununla bağlı yaydığı bildirişdə qeyd edir ki, bu günə qədər siqaret çəkmək üçün istifadə olunan yanğın pilləkəni bağlanaraq möhürlənəcək.
Bu isə ölkə qanunlarının kobud şəkildə pzulması deməkdir. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə (“Yanğın təhlükəsizliyi haqqında” qanun və s.) əsasən, ticarət mərkəzləri, ictimai iaşə obyektləri, orta və ali məktəblər, biznes mərkəzləri və digər bu cür yerlərdə yanğın zamanı ehtiyat çıxış üçün nəzərdə tutulan pilləkənlərə çıxış qapılarının bağlanması, yaxud onlara əvvəlcədən möhür vurulması qadağandır. Oğurluq və başqa xoşagəlməz halların qarşısını almaq üçünyalnız çöldən içəriyə girişə isə qadağa qoyula bilər. Yanğın təhlükəsizliyi qaydalarının pozulması həmin şirkət və ya quruma qarşı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidməti tərəfindən cərimələnməsi ilə nəticələnir.
“Demirchi Tower” isə qanunların tələblərinə əməl etməyərək yanğın pilləkənlərini bağlamağa hazırlaşır. Bu da insanların həyatını təhlükəyə atmaq deməkdir. Sabah 25 mərtəbəli bu binada hər hansı bir yanğın hadisəsinin baş verməsi faciə ilə nəticələnə bilər. Görünür bu biznes mərkəzində heç kimi narahat etmir.
Başqa bir məqam. Siqaret qadağası ilə bağlı yayımlanan bildirişdə qeyd edilir ki, bina daxili tütün məhsullarının istehlakı barədə qəbul edilmiş qərar pozularsa, 100 AZN cərimə tətbiq ediləcək. Əgər bu təkrarlanarsa, müqaviləyə xitam veriləcək.
Ümumiyyətlə cərimə hər hansı pozuntuyu görə şəxsə maddi təzminatın təyin edilməsidir. Cərimə tənbeh növündə İnzibati Xətalar Məcəlləsində məhkəmələr və dövlət orqanları tərəfindən, cəza kimi Cinayət Məcəlləsində məhkəmələr tərəfindən təyin edilir.
Ölkə qanunvericiliyinə əsasən, yalnız müəyyən dövlət qurumları vətəndaşı, yaxud şirkəti cərimələmək hüququna malikdir. Şirkət vətəndaşı, yaxud digər şirkəti cərimələyə bilməz, bununla bağlıı mexanizm də mövcud deyil. Belə bir cərimələmə halı baş verərsə, cərimələyən şirkət müəyyən dövlət qurumlarının (DİN, FHN və s.) səlahiyyətlərini mənimsəmiş olur. İndiki halda “Demirchi Tower” rəhbərliyi də özünü inzibati orqan kimi aparır.
Bu qərardan belə çıxır ki, insanlar siqaret çəkməkdən ötrü 25-ci mərtəbədən aşağı düşməli, bu ehtiyacını ödədikdən sonra yenidən 25-ci mərtəbəyə qalxmalıdır. İş mərkəzinin rəhbərliyi imza atdığı absurd və qanunların kobud şəkildə pozulması ilə müşayət olunan qərarı ilə həm də öz bizneslərinə zərbə vurmuş olurlar. Görünən odu ki, bir çox şirkət tezliklə “Demirchi Tower”lə olan müqaviləsinə xitam verib yeni ofis axtarışına çıxmalı olacaq.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovla əlaqə saxladıq. Nazirlik rəsmisi Qaynarinfo.az-a bildirdi ki, bununla nazirliyə heç bir məlumat daxil olmayıb, amma bu məsələ araşdırılacaq:
“Həmin biznes mərkəzində yanğın pilləkənlərinin bağlanması ilə bağlı məlumatımız yoxdur. Nazirlik tərəfindən biznes mərkəzində yanğın pilləkənlərinə baxış keçriləcək və məsələ araşdırılacaq. Araşdırmanın nəticəsi mətbuata açıqlanacaq”.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın