Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Dekanı öldürən həkimin azad edilməsinə millət vəkilindən – Reaksiya 

Dekanı öldürən həkimin azad edilməsinə millət vəkilindən – Reaksiya 

“Məsələnin hər bir detalı hüquq və qanun çərçivəsində araşdırılmalı, törədilən cinayət hadisəsinə və cinayətkarın əməlinə uyğun adekvat cəza verilməlidir”.

 

Bu barədə həkim səhlənkarlığı üzündən dünyasını dəyişmiş BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərara hüquqi qiymət verərkən  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib. Deputat cəmiyyətin diqqət mərkəzində olan bu hadisənin səbəbkarlarının ən sərt şəkildə cazalandırılmalı olduğunu qeyd edib:

 

“Hesab edirəm ki, sözügedən məsələ ilə bağlı nəinki ədalətli qərar olmalı, eyni zamanda, həkimin fəaliyyətinə də hüquqi qiymət verməlidir. Məhkəmə cinayətkar həkimə layiq olduğu ən sərt cəzanı kəsməlidir. Burada ikinci, başqa bir mövqe ola bilməz. Əgər bu gün ortada sırf həkim səhlənkarlığı üzündən bir insanın həyatını itirməsi və sənədlərin saxtalaşdırılması faktı qeydə alınıbsa, bu işdə təqsirkar olan hər kəs qanun qarşısında cavab verməlidir. Məhkəmə işə Cinayət Məcəlləsinə uyğun olaraq baxmalı və Məcəllənin tələbinə əsasən qərar verməlidir. İnanıram ki, cəmiyyətin diqqət mərkəzinə çevrilmiş bu məsələ ilə bağlı Apelyasiya Məhkəməsi layiqli qərarı verəcək. Bütövlükdə məsələyə yanaşmam ondan ibarətdir ki, məsələnin hər bir detalı hüquq və qanun çərçivəsində araşdırmalı, törədilən cinayət hadisəsinə adekvat olaraq cəza verilməlidir”.

 

Qeyd edək ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib.

 

Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə hakim Şəlalə Həsənova Cinayət Məcəlləsinin 124.1 (səhlənkarlıqdan ölümə səbəb olma) və 320.1 (məsuliyyətdən azad olunmaq üçün bilə-bilə sənədlərə saxta məlumatlar daxil etmə) maddələri ilə təqsiri sübuta yetirilən anestezioloq Firuz İbrahimova cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəsində çəkməklə, 2 il  cəza verib.

 

Hazırda F.İbrahimov həkim fəaliyyətini davam etdiri və həbs edilməyib.

 

Zərərçəkən tərəf Nəsimi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.

 

– See more at: http://axar.az/news/55965#ad-image-0

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın