Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Siyasət / Dekan nazir müavini təyin olundu – Energetika Nazirliyində dəyişiklik

Dekan nazir müavini təyin olundu – Energetika Nazirliyində dəyişiklik

Azərbaycan energetika nazirinə yeni müavin təyin olunub.
Azinforum.az “Report”a istinadən xəbər verir ki, bu vəzifə ADA Universitetində Xəzər enerji və ətraf mühit mərkəzinin direktoru, İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Elnur Soltanovahəvalə edilib.
Energetika nazirinin müşaviri Zəminə Əliyeva xəbəri təsdiq edib və bildirib ki, yeni nazir müavini bu gün kollektivə təqdim edilib.
Qeyd edək ki, yeni nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin 20 noyabr 2018-ci il tarixli 719 nömrəli sərəncamı ilə vəzifəsindən azad edilən Natiq  Abbasovu əvəz edib.

 

Həmçinin oxuyun

İlham Əliyev barədə institut yoldaşlarının və tələbələrinin xatirələri – Fotolar

25 yanvar Rusiyada Tələbə Günü kimi qeyd olunur. Moskvada təhsil alan ən məşhur azərbaycanlılardan biri …