Bazar ertəsi , Avqust 15 2022
Ana səhifə / Siyasət / Daxili siyasətdə niyə aktivlik yoxdu?

Daxili siyasətdə niyə aktivlik yoxdu?

“Siyasətdə dinamiklik təşkil edən əsas qüvvələrdən biri partiyalardır. Onlara da mən düşünürəm ki, müstəqil şəkildə fəaliyyət göstərməyə imkan vermirlər. Məsələn, toplaşmaq azadlığı bir az məhduddur. Heç bir yerdə gündəmə uyğun iclas keçirə bilmirik”.

Bu sözləri Modern.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, partiyanın hərəkətverici qüvvəsi elə onun tez-tez toplaşmasıdır:

“Biz bu iclasları keçirə bilmirik, yer yoxdur. Problemlər aradan qalxdıqdan sonra yəqin ki, bir hərəkətlilik olacaq. Amma biz heç də əlimizi ayağımızın üstünə qoyub oturmamışıq. İndi nə qədər imkan var, onlayn olaraq da görüşürük. Digər partiyalar da elə bizim vəziyyətdədir. Ona görə də hərəkətlilik məsələsində gərək şərait ola. Hələlik Azərbaycanda bununla bağlı bizə şərait yoxdur.

Siyasətdə dinamikliyi yaratmaq üçün siyasi partiyalardan əlavə xalqın öz taleyinə sahib olması lazımdır. Xalqın özü fəal olmalıdır. Bu qədər problemlər var. Bunlarin hamısı xalqın başına gəlir. Mənə elə gəlir ki, növbəti ilin yaz aylarında müəyyən siyasi hərarət arta bilər. Biz gözləyirik ki, xəstəliklər sona çatsın. Ümidimiz var ki, partiyalara sərbəst toplaşmağa şərait yaradılar, partiyalar haqqında yeni qanunlar qəbul olunar. İstərdik yeni parlament seçkiləri üçün Konstitusiyaya dəyişiklik olsun.  Əlimizi açıb Allaha dua edirik ki, bu məsələlər düzəlsin. Bunlar olmasa, çətin düzələr”. 

Həmçinin oxuyun

David Babayan Azərbaycana təşəkkür etdi

Qarabağdakı qondarma rejimin “xarici işlər naziri” David Babayan Azərbaycana təşəkkür edib. Bu barədə o, “Facebook” …