Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / Daxili işlər orqanlarında kadr dəyişikliyi

Daxili işlər orqanlarında kadr dəyişikliyi

Daxili işlər orqanlarında kadr təyinatları olub.
Report xəbər verir ki, müvafiq əmrlərə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin (İŞ) 4 müstəntiqinin yeri dəyişdirilib.
Belə ki, idarənin baş müstəntiqi, polis mayoru Rəhman Kərimov, müstəntiqlər – polis kapitanları Anar Məmmədov və Rüfət Allazov Xətai RPİ-nin İstintaq Şöbəsinə müstəntiq təyin olunub.
Sabunçu RPİ-nin İstintaq Şöbəsinin digər müstəntiqi Anar Miralayev isə Səbail RPİ-nin müvafiq şöbəsinə müstəntiq təyin edilib.
Xatırladaq ki, bir neçə ay əvvəl Sabunçu RPİ-nin İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vüqar Əhədov Xətai RPİ İŞ-ə rəis təyin edilmişdi.

 

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın