Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Siyasət / David Babayanın Rusiyaya səfəri ilə bağlı səfirlikdən AÇIQLAMA

David Babayanın Rusiyaya səfəri ilə bağlı səfirlikdən AÇIQLAMA

“David Babayanın Rusiyaya səfəri şəxsi xarakter daşıyır”.

Bu barədə  Azərbaycanın Rusiyadakı Səfirliyinin məlumatında deyilir.

“Özünü “Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın Rusiyaya “işgüzar səfər” etməsi və bu ölkənin siyasi dairələri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı Səfirlik tərəfindən Rusiya Federasiyasının aidiyyəti qurumlarına müraciət olunmuşdur.

Rusiya tərəfindən daxil olmuş məlumata əsasən bildiririk ki, sözügedən səfər şəxsi xarakter daşıyır, qeyri-rəsmi qəbul edilir və adıçəkilən şəxslə heç bir siyası məsləhətləşmələr aparılmamışdır.

Səfirlik qeyd edir ki, bu kimi məlumatların erməni mətbuatında yayılması təxribatdır və məqsədi ictimaiyyəti çaşdırmaq, uğurla inkişaf edən Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaqdır”, – deyə məlumatda qeyd edilir. 

Həmçinin oxuyun

İşdən çıxarılan nazir müavini: “Prezidentimizin quluyam…”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə …