Bazar ertəsi , İyun 14 2021
Ana səhifə / Siyasət / Daşnaklar Azərbaycana qarşı təxribat hazırlayır

Daşnaklar Azərbaycana qarşı təxribat hazırlayır

Erməni millətçilərini və radikalları özündə birləşdirən “Daşnaksütyun” partiyası dünyanın müxtəlif yerlərində Azərbaycana qarşı təxribatlar törətməyə hazırlaşır.

Azvision.az xəbər verir ki, “Daşnaksütyun”un Ermənistan bürosunun bu gün yaydığı bəyanatda ölkəmizə qarşı təxribatçı çağırışlar yer alıb.

Dünyada terrorçu təşkilat kimi ad çıxarmış “Daşnaksütyun”un çağırışında bütün resursların təxribatlar törətmək üçün cəlb olunduğu vurğulanıb.

“Daşnaksütyun” olaraq dünyanın müxtəlif ölkələrində bütün imkanlarımızı Azərbaycana təzyiq göstərmək üçün səfərbər etməyə başlayırıq. Eyni zamanda, vətəndaşların təhlükəsizliyini öz təşəbbüsümüzlə, təşkilatlanmaqla müdafiə etməyə hazırlaşırıq”,- deyə sözügedən bəyanatda bildirilib.

Qeyd edək ki, sosial mediada ermənilər bunu 90-cı illərin əvvəllərində “Daşnaksütyun”un güc yolu ilə siyasi proseslərə müdaxilə etməsi ilə müqayisə edirlər. Yeni çağırışları terror təhdidləri kimi qiymətləndirənlər də var.

Həmçinin oxuyun

Hikmət Hacıyev: “Buradan “ağıllı” Ağdama qayıtmaq arzusu ilə ayrılırıq”

“Ağdama 120-dən çox diplomatla etdiyimiz səfər ailə fotosunun çəkdirilməsi ilə başa çatıb”. Bunu Azərbaycan Respublikası …