Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Siyasət / Daşkəsəndə qəza: YAP-ın təşkilat sədri ağır xəsarət aldı

Daşkəsəndə qəza: YAP-ın təşkilat sədri ağır xəsarət aldı

Daşkəsən rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Gəncə-Daşkəsən yolunun 1-ci kilometrliyində, Aşağı Daşkəsən qəsəbəsi ərazisində baş verib.

Belə ki, “Hundai sonata” markalı avtomobillə “Niva” markalı avtomobilın toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsində olan sərnişinlər və sürücü xəsarət alıb. Qeyd edək ki, yaralılardan biri, Daşkəsən rayon sakini, DSMF-nin Daşkəsən rayon şöbəsinin müdiri, 1956-cı il təvəllüdlü Cəfərli Firuddin Əli oğludur. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zamanı xəsarət almış digər yaralı isə YAP-ın Daşkəsən rayon təşkilatının sədri Yolçuyev Meydanəli Binəli oğludur.

Qeyd edək ki, yaralılardan ikisi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, bir isə Daşkəsən rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alanlardan biri koma vəziyyətindədir. Qəzanın F. Cəfərlinin sükan arxasında olarkən ürək tutmasından baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” – Sabiq səfir

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyinə baxsın. Hər keçən gün daha …

Bir cavab yazın