Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Daş karxanasında ciddi nöqsanlar – İş dayandırıldı

Daş karxanasında ciddi nöqsanlar – İş dayandırıldı

Dövlət Əmək Müfəttişliyi Xidməti “Təhlükəsiz iş aylığı” çərçivəsində bir sıra müəssisələrdə əməyin mühafizəsi vəziyyətini araşdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən “Təhlükəsiz iş aylığı” çərçivəsində bir sıra istehsal müəssisələrində, o cümlədən mişar daşlarının istehsalı sahələrində (daş karxanaları) əmək qanunvericiliyinə əməl olunması, habelə əməyin təhlükəsizliyi vəziyyətinin yerindəcə araşdırılması üçün dövlət nəzarəti tədbirləri həyata keçirib. Tədbirlərdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşları da iştirak edib.

 

Nəzarət tədbirləri zamanı Bakının Qaradağ rayonunda yerləşən “Tutu” MMC-yə məxsus mişar daşlarının istehsalı sahəsində (daş karxanası) aparılan dövlət nəzarəti nəticəsində müəssisədə əməyin mühafizəsi norma və standartlarına əməl olunmadığı, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlərin həyata keçirilmədiyi, işçilərin fərdi mühafizə  vasitələri ilə təmin olunmadığı aşkar edilib. Əmək  şəraitinin işçilərin həyat və sağlamlığı üçün ciddi təhlükə doğurduğu bu istehsalat sahəsində eyni zamanda işçilərin böyük qisminin qeyri-leqal əmək fəaliyyətinə cəlb edildiyi də məlum olub. Müəssisədə aşkar olunan hüquq pozuntuları aradan qaldırılanadək işlər dayandırılıb, həmçinin müəssisənin sahibinə icrası məcburi olan göstərişlər verilərək, icrası nəzarətə götürülüb. “Xəzri-E” MMC-də aparılan araşdırma da burada əmək qanunvericiliyinə əməl olunması, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində ciddi nöqsanların aşkar edilməsi ilə nəticələnib. Bu müəssisədə də nöqsanlar aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın