Çərşənbə axşamı , Avqust 16 2022
Ana səhifə / Siyasət / “Danışıqları Ermənistanla birbaşa aparmağımızın tərəfdarıyam, vasitəçilik olmasın”

“Danışıqları Ermənistanla birbaşa aparmağımızın tərəfdarıyam, vasitəçilik olmasın”

“Hesab edirəm, Paşinyan Azərbaycanla bağlı sözləri Ermənistanın daxili auditoryası üçün səsləndirib. Cənab Prezident İlham Əliyev də bildirmişdi ki, Ermənistanda sakitləşməyən revanşist qüvvələr var və onlar qarşıdurma yaratmaq istəyirlər. Ona görə də Ermənistanın Baş naziri daxili auditoriya üçün belə ifadalər işlədir ki, guya Azərbaycan müharibəyə hazırlaşır. Düzünü desək, müharibəyə həmişə hazır olmaq lazımdır. Bu, dövlətçiliyimiz baxımından birmənalıdır. Əsgərlərimiz, Ordumuz tam şəkildə hazır olmalıdır, çünki nə olacağı bilinmir… Ordumuz güclüdür və Ermənistan ordusundan qat-qat güclü olmalıdır. Hökumət müdafiə xərclərini də xeyli artırdı. Paşinyan ilk növbədə daxili auditoriyanı açıq şəkildə qorxudaraq deyir ki, “siz mənə dəstək verin, müharibəyə hazırlıq görməliyik””.

Bu sözləri Pravda.az-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın Baş naziri Nikol Paşinyanın dünən onlayn formatda keçirdiyi mətbuat konfransında Azərbaycanın yenidən müharibəyə hazırlaşması və danışıqlardan yayınması barədə iddialarını şərh edərkən deyib.

Sabiq nazir xatırladıb ki, Prezident İlham Əliyev hər zaman çıxışlarında Azərbaycanın sülh sazişi üzərində işləməyə, delimitasiya və demarkasiya məsələlərinin həllinə hazır olduğunu bildirir: “Bu, o demək deyil ki, müharibəyə hazırlaşırsan. Əlbəttə, bu, asan proses deyil. Danışıqları Ermənistanla birbaşa aparmağımızın tərəfdarıyam. Vasitəçilik olmasın”.

Həmçinin oxuyun

David Babayan Azərbaycana təşəkkür etdi

Qarabağdakı qondarma rejimin “xarici işlər naziri” David Babayan Azərbaycana təşəkkür edib. Bu barədə o, “Facebook” …