Ana səhifə / Siyasət / Daha iki Azərbaycan idmançısının Olimpiya lisenziyası ləğv edildi

Daha iki Azərbaycan idmançısının Olimpiya lisenziyası ləğv edildi

Azərbaycan ağırlıqqaldıranları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qazandığı lisenziyadan məhrum edilib. Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası İcraiyyə Komitəsinin Gürcüstanın paytaxtı Tbilisidə keçirilən iclasında qərar qəbul olunub.

Qərara əsasən, olimpiadaya hazırlıq dövründə dopinq-testlərin dəfələrlə müsbət nəticə verməsi səbəbindən, Azərbaycanın əlindən 2 lisenziyası (1 kişi, 1 qadın atlet) alınıb. Nəticədə ölkəmiz “Rio-2016″da cəmi 3 kişi atletlə mübarizə aparacaq.

Qeyd edək ki, ötən il ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında 6 atletimiz dopinq-testdən keçə bilməyib. Onlardan 5-i 8 il, 1-i isə 4 il müddətinə diskvalifikasiya edilib. Eyni zamanda son 2 olimpiadada verilmiş dopinq-testlərin yenidən yoxlanılması nəticəsində İntiqam Zairovla Boyanka Kostovanın orqanizmindən istifadəsi qadağan olunmuş preparatlar aşkarlanıb. Ötənilki dünya çempionatında Azərbaycan 4 kişi ağırlıqqaldıranı lisenziyaya sahib olmuşdu. Builki Avropa çempionatından sonra isə Boyanka Kostovaya güzəştli şərtlə lisenziyanın veriləcəyi gözlənilirdi. (“Report”)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın