Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / Daha bir YAP-çıdan Əli Nağıyevə dəstək gəldi: “Doğru deyir…”

Daha bir YAP-çıdan Əli Nağıyevə dəstək gəldi: “Doğru deyir…”

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri, sədrin keçmiş müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri, keçmiş səfir Əli Nağıyevin fəallaşdığı hiss edilir. 

O, ard-arda verdiyi müsahibələrdə xeyli diqqətçəkən məqamlara toxunub. Ən çox diqqətçəkən məqamlar isə Əli Nağıyevin keçmiş partiyadaşı, sabiq səhiyyə naziri Əli İnsanovu müdafiə etməsi , özünü YAP-ın qurucusu, ideya müəllifi adlandırmasıdır. Sabiq nazir Əli İnsanov haqqında danışarkən “Bu gün Əli İnsanovun yerində oturanın sərvəti 10 dəfə çoxdur”,- deyib. Mətbuata son müsahibələrindən birində isə “Mən YAP-ın ideya müəllifiyəm, qurucusuyam” deməklə diqqəti çəkib. 

Maraqlıdır, Əli Nağıyevin dediklərində həqiqət payı nə qədərdir? 

YAP-ın üzvü, sabiq deputat Şahlar Əsgərov Cebhe.info-ya açıqlamasında Əli Nağıyevin fikirlərində həqiqət payı olduğunu deyib: 

“Əslində Əli Nağıyev doğru deyir. YAP-ın ideya qurucularından biri də Əli Nağıyevdir. Amma burada bir üçlük var. Başda Heydər Əliyev durur, sonra isə Siruz Təbrizi və Əli Nağıyev gəlir. YAP-ın ideya qurucuları bu şəxslərdir. Amma təşkilati məsələdə bir nömrəli adam elə Əli Nağıyevdir”. 

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şuranın üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Əli Nağıyevin fikirlərinə bu cür münasibət bildirib: 

“Yeni Azərbaycan Partiyası cəmiyyətdə fəaliyyəti, dövlətə xidməti ilə tanınan bütün üzvlərinə həmişə hörmətlə yanaşıb. Bu məsələdə kimin hansı vəzifə daşımasının əhəmiyyəti yoxdur. Müəyyən mərhələdə partiya sıralarında olan, amma sonradan fəaliyyəti ilə partiyanın adına ləkə gətirən, dövlətçiliyə xidmətdə səhvlərə yol verən insanlara həmişə prinsipial qiymət verilib. Yeni Azərbaycan Partiyasında sədaqətli partiya üzvlərinə, Heydər Əliyev yolunun sədaqətli davamçılarına həmişə böyük hörmət olub, bundan sonra da belə olacaq”. 

Həmçinin oxuyun

“Azərbaycan az itkilər hesabına qələbəyə nail olub” – İqor Korotçenko

Qarabağda bir nizami ordunun digər nizami orduya qarşı müharibəsi gedirdi. Suriyalı muzdluların hazırlıq səviyyəsi onların …