Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Siyasət / Daha bir şəxs prezidentliyə namizəd oldu

Daha bir şəxs prezidentliyə namizəd oldu

Müasir Müsavat Partiyası Siyasi Şurasının iclası keçirilib. İclasda çıxış edən partiya sədri Hafiz Hacıyev qarşıdakı Azərbaycan prezidenti seçkilərindən danışıb.

H.Hacıyev
H.Hacıyev

O, bildirib ki, prezident seçkilərinin aprel ayında keçirilməsi qanunvericiliyə uyğundur: “Seçkilər ölkənin Konstitusiyasına uyğun keçiriləcək. Bəzi özlərini müxalif adlandıran, “Soros” və digər xarici qüvvələrdən, ermənilərdən maliyyələşən qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Biz buna imkan verməyəcəyik”.

Daha sonra iclasın gündəliyi təsdiqlənib. İclasın gündəliyinə əsasən Müasir Müsavat Partiyasından prezident seçkilərində namizədin irəli sürülməsi müzakirə edilib. Müzakirələrdən sonra partiya sədri H.Hacıyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təklif olunub.

Təklif səsə qoyulub və H.Hacıyevin Müasir Müsavat Partiyasından prezidentliyə namizədliyinin irəli sürülməsi qəbul olunub.

Həmçinin oxuyun

Tural Gəncəliyev kanadalı senatoru üzr istəməyə çağırdı

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin Azərbaycan-Kanada Parlamentlərarası dostluq qrupunun rəhbəri Tural …