Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / Daha bir müxalifət partiyası seçkini boykot qərarı verdi

Daha bir müxalifət partiyası seçkini boykot qərarı verdi

Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin iclası keşirilib. İclasda ölkədəki mövcud-ictimai siyasi vəziyyət, bələdiyyə seçkiləri, təşkilatı və cari məsələlər müzakirə olunub.

 Partiyadan verilən məlumata görə, birinci məsələ ətrafında geniş məruzə edən VİP sədri Əli Əliyev ölkədə yaranmış durumu ətraflı təhlil edib. O, rəsmi təbliğatda “islahat” kimi qələmə verilən dəyişikiliklərin imitasiyadan başqa bir şey olmadığını vurğulayaraq, hakimiyyətin real islahatlara getmək niyyətinin görünmədiyini deyib. Ə.Əliyev VİP-in real müxalifət qüvvələri arasında əməkdaşlığın hər zaman tərəfdarı olduğunu qeyd edərək, indiki şəraitdə cəmiyyətdəki narazı kəsimin təşkilatlandırılmasının vacibliyini önə çəkib. VİP sədri ölkə iqtisadiyyatında neqativ tendensiyaların davam etdiyini bildirərək, neftdən asılılığın aradan qaldırılması istiqamətində əsaslı addımların atılmadığını, əhalinin sosial müdafiəsinin təmin olunmasına yönəlik tədbirlərin yetərsizliyini diqqətə çatdırıb.

VİP-in bələdiyyə seçkilərində iştirakına dair fikirlərini bildirən Məclis üzvləri ölkədə seçki mühitinin dəyişməz qaldığını əsas götürərək, partiyanın bələdiyyə seçkilərində iştirak etməməsi haqqında qərar qəbul ediblər.

İclasda VİP sədrinin təqdimatı ilə partiyanın Siyasi Şurasında yaranmış vakansiyalara namizədlər irəli sürülərək, təsdiqlənib. Məclis VİP Mərkəzi Aparatının yenidən formalaşdırılması üçün Ə.Əliyevə və VİP Siyasi Şurasına müvafiq səlahiyyət verib.

Daha bir müxalifət partiyası seçkini boykot qərarı verdi

Həmçinin oxuyun

“Paşinyan sərxoş halda əmr verirdi ki, Lələtəpəni alın, sizə general adları verəcəm…”

“Ermənistanda qaçan ordunun komandirlərinə qəhrəman, general adları verilirdi…” Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə,  …