Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Daha bir müğənninin adı qadın alverində hallandı

Daha bir müğənninin adı qadın alverində hallandı

Müğənni Şəbnəm Əsədova (Şəbnəm Tovuzlu) ilə bağlı şok iddia irəli sürülüb.
Bizdə olan məlumata görə ifaçı ötən gecəni nəzarət altında keçirib. İfaçının qadın alverində günahlandırılması ilə bağlı xəbər ortaya çıxıb. Lakin Şəbnəm Tovuzlunun prodüseri Cəmiləxanım atv.az-a xəbərin yalan olduğunu bildirib:
“Yalan məlumatdı. Belə bir şey yoxdu. Şəbnəm xanım azadlıqdadır, özünün də bu gün toyu var”.
İfaçının özü ilə əlaqə saxladıq:
“Mən bilmirəm, bu söhbətlər hardan yaranır. Ümumiyyətlə, mənə yaraşmayan bir şeydi. Yəqin ki, gündəmdə olduğuma görə yayılır. Sadəcə olaraq, telefonlarımı söndürmüşdüm.
Çünki həyat yoldaşımla problemlər yaşayıram. İndi hər şey yaxşıdır. Mənim tutulmağım barədə söhbət gedə bilməz. Nə mən, nə köməkçim heç bir güc strukturları tərəfindən saxlanılmamışıq”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın