Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Siyasət / “Dağlıq Qarabağla əlaqələriniz haqda raport yazın…”

“Dağlıq Qarabağla əlaqələriniz haqda raport yazın…”

Ukraynada Təhlükəsizlik Xidmətinin əməkdaşlarına Rusiya, ilhaq edilmiş Krım, Donetsk, Luqansk, Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ separatçı bölgələri ilə hər hansı əlaqələrinə dair raport yazmaq əmr edilib.

Rusiya mənbələri xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsak bütün əməkdaşlara müvafiq anketi doldurmalarını və şəxsi əlaqələri barədə informasiyaları göstərməyi tapşırıb. O, habelə əməkdaşlardan tələb edib ki, göstərilən ərazilərdə yaşayan bütün tanışları, qohumları və dostları barədə də məlumatları göstərsinlər. Bildirilir ki, bu əmr xüsusi xidmət əməkdaşlarında narazılıq yaradıb. Çünki onlar onsuz da işə qəbul edilərkən və vaxtaşırı olaraq bütün şəxsi məlumatlarını təqdim edirlər. Virtualaz.org

Həmçinin oxuyun

Moskva görüşünün tarixi açıqlandı

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş …