Ana səhifə / Siyasət / Dağlıq Qarabağdakı gərginlik “Formula-1″in Bakıda təşkilinə təsir göstərməyəcək

Dağlıq Qarabağdakı gərginlik “Formula-1″in Bakıda təşkilinə təsir göstərməyəcək

Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi “Formula-1” üzrə Avropa Qran-Prisinin ilk dəfə Bakıda təşkilinə təsir etməyəcək. Bu barədə Rusiyanın “R-Sport” portalına Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai bildirib.

O deyib ki, Gənclər və İdman Nazirliyi də belə bir açıqlama ilə çıxış edib: “Hər şey plan üzrə gedir. Yaranmış vəziyyətin heç bir təsiri yoxdur. Yürüş planlaşdırdığımız kimi də olacaq. Hər şey qüvvədədir”.

Qeyd edək ki, Avropa Qran-Prisi 17-19 iyun tarixlərində Bakı küçələrində təşkil olunacaq. (“Report”)

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın