Cümə axşamı , İyun 24 2021
Ana səhifə / Siyasət / “Dağıdılmış məzarları görəndə göz yaşlarımı saxlaya bilmədim” – Səfir

“Dağıdılmış məzarları görəndə göz yaşlarımı saxlaya bilmədim” – Səfir

Cəbrayılda gördüyümüz mənzərə dəhşətli idi. Məzarları qazıb, cəsədləri çıxarıblar. Bu, çox üzücü və insanlıqdan kənar əməldir. Mən dağıdılmış məzarları görəndə göz yaşlarımı saxlaya bilmədim.

Bu sözləri Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun deyib.

Səfir işğaldan azad olunmuş ərazilərə səfərin təşkilinin önəmli olduğunu söyləyib: “Səfər zamanı Xudafərin körpüsünü də gördük. Gözəl mənzərə idi. Bu səfərin həyata keçirilməsindən çox şadıq”.

Qeyd edək ki, bu gün Azərbaycandakı diplomatik korpusun nümayəndələri işğaldan azad olunmuş Cəbrayıl və Zəngilana səfər ediblər.

Həmçinin oxuyun

Əbülfəz Elçibəyin anadan olmasından 83 il ötür

Bu gün milli azadlıq hərəkatının rəhbərlərindən biri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993) Əbülfəz Elçibəyin …