Demokratiya 1918 Hərəkatı fəaliyyətini dayandırıb.
Bu barədə Demokratiya 1918 Hərəkatının 10 sentyabr 2023-cü ildə keçirilən növbədənkənar qurultayında səs çoxluğu ilə hərəkatın fəaliyyətinə xitam verilməsi qərara alınıb.
“Ölkədəki anti-demokratik sistem və onun yaratdığı siyasətsizlik mühiti hər hansı bir formada siyasi fəaliyyəti mümkünsüz edir. Bunun qarşısında isə resurs məhdudluğu müsbət dəyişikliklər edilməsi üçün adekvat cavab imkanını məhdudlaşdırır. Bütün bu səbəblərdən ötrü artıq siyasi səhnədə hər hansı bir qurumun siyasi iddia irəli sürməsi və təşkilatlanması öz əhəmiyyətini itirir.
İnanırıq ki, obyektiv və subyektiv səbəblər yetişdikdən sonra siyasi dəyişikliklərin rəhni olacaq təşkilatlar yenidən ortaya çıxacaqdır”, – açıqlamada qeyd olunub.
