Ana səhifə / Siyasət / Dərmanların qiymətinin süni artımına imkan verilməyəcək

Dərmanların qiymətinin süni artımına imkan verilməyəcək

Azərbaycan manatının dollara nisbətdə məzənnəsinin enməsilə əlaqədar olaraq ölkədə bəzi dərman preparatlarının qiymətlərində dəyişikliklər ola bilər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibi – sədr müavini, baş nazirin müavini Əli Əhmədov deyib.

Baş nazirin müavininin sözlərinə görə, bu qiymətlərin məzənnəyə uyğunlaşdırılması qaçılmazdır: “Qərarlaşmış qaydalara görə, Azərbaycanda dərmanların qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir. Məlum hadisə ilə əlaqədar olaraq qiymətlərə yenidən baxılacaq və məzənnədə baş verən dəyişikliyə uyğunlaşdırılacaq”.

Ə.Əhmədov bildirib ki, belə bir addımı atmaqla Azərbaycan hökumətinin məqsədi odur ki, Azərbaycan vətəndaşları dərmanların qiymətində müşahidə olunan süni qiymət artımından əziyyət çəkməsinlər: “Buna nail olunub. Amma indi atılan addım ondan ibarət olacaq ki, Azərbaycana dərman idxal edən iş adamları ziyana düşməsinlər. Bu olmayacaq da. Yenə də optimal bir variant işlənib hazırlanacaq, dərmanların qiymətinin süni şişirdilməsinə imkan verilməyəcək”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın