Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Siyasət / Dənizdə çox qalmağın zərərləri -Bunlara diqqət edin

Dənizdə çox qalmağın zərərləri -Bunlara diqqət edin

Yay aylarında insanların sadiq dostlarından biri də çimərliklərdi. Günəşli günlərin əsas istirahət məkanlarından olan çimərliklər insanların sərinlətməklə yanaşı, qum və suyu ilə tibbi cəhətdən müsbət təsir edir.

Lakin dənizdə çox qalmağa aludə olan insanlar da az deyil. Dəniz suyunun isə xeyri olduğu kimi zərəri də var. Azinforum.az xəbər verir ki, mütəxəssislər bədənində duzluluq, böyrək daşı, prostat xəstəlikləri olan, həmçinin, təzyiqdən əziyyət çəkən insanlara şoran dəniz suyunu deyil, şirin su hövzələrini məsləhət görürlər. Dənizdə çox qaldıqda duzlu su insan orqanizminə diffuziya edir və vücuddakı duzluluq miqdarının artmasına səbəb olur.
Həmçinin, sidik kisəsində duz olan, sidiyindəki duzluluğun miqdarı artıq olan insanlar dəniz suyundan uzaq durmalıdırlar. Əks halda, bu onlar üçün sonradan ağrıdıcı bir prosesə səbəb olacaq.
Təbii ki, üzmək çox xeyirli bir prosesdir. Lakin bəzi xəstəliklər var ki, onların daşıyıcısı olan insanlar üzməkdən də ehtiyatlanmalıdırlar. Dənizdə çox üzən yüksək təzyiqli insanlar sonradan ürək problemini də yaşaya bilərlər.
Bu cür insanlar hətta bəzi məqamlarda infarkta da tuş gələ bilərlər.

Həmçinin oxuyun

“Prezidentin “F-16″-larla bağlı dedikləri Rusiya və İrana mesaj idi” – Ekspert

“Bir ay ərzində, demək olar ki, hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin “F-16″-sı nə gəzir sizdə? …

Bir cavab yazın