Cümə , Avqust 23 2019
Ana səhifə / Siyasət / “Çudo Peçka” müflüsləşdi, 14 mağazadan 4-ü qalıb

“Çudo Peçka” müflüsləşdi, 14 mağazadan 4-ü qalıb

“Çudo Peçka” mağazalar şəbəkəsi müflüs olub. Şirkət işçilərin əməkhaqqını və mağazaların aylıq kirayə pulunu ödəməkdə çətinlik çəkir. Şirkətə məxsus cəmi 4 mağaza qalıb, yaxın günlərdə Xətai rayonu, Əhmədli qəsəbəsindəki mağazanın da bağlanacağı gözlənilir.

Bu barədə virtualaz.org saytına şirkətin əməkdaşları məlumat veriblər.

Şirkətin metronun “Əhmədli” stansiyasının yaxınlığındakı mağazasında vitrinlər boşaldılıb. “Mağazada işçilər arasında ixtisarlar aparılmışdı. Amma yenə də mağazanı saxlaya bilmirlər. Yalnız burada bişirilən məhsulları satışa çıxarmışıq, amma alıcılar çox azdır”, – mağaza satıcıları deyiblər.

Yayılan məlumatlarda şirkətin 26 milyon manatdan çox borcu yarandığı, yenidən məhkəməyə verildiyi də yer alıb.

2001-ci ildə Azərbaycan prospektində açılan mağaza ilə fəaliyyətə başlayan “Çudo Peçka”nun şəhərin mərkəzində və qəsəbələrində 14 mağaza-kafesi olub. Sonradan mağazalar şəbəkəsi şirkətin qurucusu, iş adamı Çingiz Cəlilovdan alınıb. Lakin məhkəmənin qərarı ilə şirkət yenidən iş adamına qaytarılıb.

Xatırladaq ki, mətbuatda Ç.Cəlilovun “Bank Standart”dan 2.5 milyon dollar kredit götürdüyü, krediti vaxtında ödəmədiyi üçün dəfələrlə cərimə olunduğu yazılmışdı.

“Report” qeyd edir ki, bu gün isə işçilərin maaşı ödənilmədiyi üçün C.Cəlilovun oğlu Anar Cəlilovun polisə çağırıldığı məlum olub. Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən “Çudo Peçka” mağazasının 30-dək işçisi Binəqədi Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək üç aydır maaşlarının verilmədiyini bildirib.

A.Cəlilovdan izahat alınıb. O, işçilərin maaşlarının yaxın günlərdə veriləcəyini bildirib.

Həmçinin oxuyun

“Radikallar hüzn mərasimlərini Elçibəyin dəfnindən siyasiləşdirməyə başlayıb”

Qəzaya uğrayan hərbi pilot Rəşad Atakişiyevin dəfn mərasimi ilə bağlı məsələni siyasiləşdirməyə olan cəhdlər bir …

Bir cavab yazın