Şənbə , İyul 20 2019
Ana səhifə / Siyasət / Çörəyin qiymət spekulyasının arxasında Əsabil Qasımov və Tahir Süleymanov dayanırmı?

Çörəyin qiymət spekulyasının arxasında Əsabil Qasımov və Tahir Süleymanov dayanırmı?

Dünən Azərbaycanda çörəyin bahalaşması haqqında xəbərlər yayıldı. Vətəndaşlar dünən səhər saatlarında çörəyin qiymətində artım müşahidə etmişdilər və öz narazılıqları sosial şəbəkələrdə açıq yazırdılar.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov  da bahalaşmanı təsdiq etmişdi:

“Çörəyin bahalaşması barədə bizə müraciətlər var. Araşdırmalarımıza görə, qiymətdə 10 qəpik artım müşahidə olunur. Çörəyin qiyməti Tarif Şurası və İqtisadiyyat Nazirliyi tərəfindən tənzimlənən məhsullar arasında deyil. Yəni çörəyin qiymətinə dövlət nəzarəti yoxdur. Bu, bazar prinsipi ilə tənzimlənir”.

“Azadlıq” qəzetində isə iki gün öncə iddia olunmuşdu ki, hələ iyul ayının 28-də çörək istehsalı ilə məşğul olan iş adamları toplant keçirib və qiymətlərin artırılması ilə bağlı qərar verib. Qiymət artımından sonra hazırda 30 qəpiyə satılan çörək 40 qəpiyə, 40 qəpiyə olan çörək isə 50 qəpiyə satılacaq. 

Dünən həmçinin İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirmişdi ki, aparılan monitorinqlər nəticəsində çörəyin qiymətinin bahalaşması müşahidə olunmayıb. Onun sözlərinə görə, çörəyin qiymətini İqtisadiyyat Nazirliyi yanındakı Tarif Şurası müəyyən etməsə də, bahalaşma olacağı təqdirdə nazirliyin Antiinhisar Departamenti müvafiq tədbirlər görəcək. 

Bəli, dünən Azərbaycanda çörəyin qiyməti ilə bağlı ciddi spekulyasiya yaşandı və hökumət çörəyin qiymətinin qaldırmaq istəyənlərə xəbərdarlıq etdi. Bu spekulyasiya isə yada devalvasiyadan sonra Azərbaycanda unun və çörəyin qiymətinin qaldırmaq istəyənləri saldı.

Kim idi o zaman taxıl, un və çörək istehsalı sahəsində “monopolist” mövqe tutub hökumətə əzələ nümayiş etdirmək istəyənlər?

Çörəyin qiymət spekulyasının arxasında Əsabil Qasımov və Tahir Süleymanov dayanırmı?

Həmin isimləri millət vəkili Fəzail Ağamalı açıqlamış və çağırış etmişdi ki, xalqı çörəklə imtahana çəkməyin, xalqı dövlətdən narazı salmayın. O, ölkədə unun qiymətinin süni surətdə bahalaşmasında və əhalinin narazı salınmasında deputat həmkarları Tahir Süleymanovla Əsabil Qasımovu ittiham etmişdi:

Çörəyin qiymət spekulyasının arxasında Əsabil Qasımov və Tahir Süleymanov dayanırmı?

“Mən iki deputat həmkarıma çağırış edirəm. Onlardan biri Siyəzənin deputatı Tahir Süleymanov, biri isə İmişlinin deputatı Əsabil Qasımovdur. Onlar ölkənin əsas un istehsalı ilə məşğul olan adamlardır. Qiymətləri də onlar qaldırıblar. Hər ikisi zəhmət çəksin illərdir bu dövlətin hesabına yığdıqları pulu xərcləsinlər. Süni bahalaşmaya gedib əhalinin vəziyyətini ağırlaşdırmasınlar. Bu deputatlara çağırış edirəm ki, xalqı çörəklə imtahana çəkməyin, xalqı dövlətdən narazı salmayın. Onlar bu dövlətdən qazanıblar, indi qazandıqlarını zəhmət çəkib xalqa xərcləsinlər. Bu durumda da pul qazanmaq həvəsinə düşməsinlər.

Çörəyin qiymət spekulyasının arxasında Əsabil Qasımov və Tahir Süleymanov dayanırmı? Bu iki deputat çağırışlara məhəl qoymasalar və xalqı çörəklə imtahana çəkməkdə davam edəcəklərsə, kimliklərindən asılı olmayaraq birbaşa onların üstünə gedəcəm. Onlara bəyan edirəm ki, unun qiymətini qaldırmasınlar. Ölkə prezidenti də çağırış etdi ki, süni qiymət artımına gedilməsin. Prezidentin çağırışına əməl etsinlər. Xalqın və dövlətin maraqları hər şeydən üstündür. Unun, taxılın məşğul olanların üzərində dövlətin müvafiq qurumlarının ciddi nəzarəti olmalıdır. Bu möhtəkirlər, işbazlar yaranmış durumdan istifadə edib varlanmaq istəyirlərsə, əslində dövlətə xəyanət edirlər”.

P.S: Məsələ ilə bağlı adı keçən deputatların mövqeyini yayınlamağa hazırıq.
Tezis.az

Daha ətraflı Tezis.az-da:
http://tezis.az/is-dunyasi/5559-coreyin-qiymet-spekulyasinin-arxasinda-esabil-qasimov-ve-tahir-suleymanov-dayanirmi.html – See more at: http://tezis.az/is-dunyasi/5559-coreyin-qiymet-spekulyasinin-arxasinda-esabil-qasimov-ve-tahir-suleymanov-dayanirmi.html#sthash.LjfGIsD2.dpuf

Həmçinin oxuyun

Hakim blokun deputatı Ermənistanın AŞPA-dakı nümayəndə heyətindən çıxarılır

Ermənistan parlamentindəki hakim “Mənim addımım” blokunun deputatı Ovannes İgityan Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə …

Bir cavab yazın