Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Cocuq Mərcanlı minalardan təmizlənir – Son vəziyyət

Cocuq Mərcanlı minalardan təmizlənir – Son vəziyyət

“Cocuq Mərcanlıda ilk olaraq tikiləcək evlərin və çəkiləcək yolların girişləri minalardan təmizlənir. Ərazidə texniki-tədqiqat işlərini tamamlamaq üzrəyik”.

Bunu AzVision.az-a hazırda hazırda Cocuq Mərcanlı kəndində olan ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov deyib.

Onun sözlərinə görə, qarlı hava şəraiti onların işlərinə mane olduğundan müəyyən ləngimələr var. Bu səbəbdən hələ evlərdə təmizləmə əməliyyatlarına başlanılmayıb: “Dağılmış evlərin içərisində partlamamış hərbi-sursatların olması ehtimalı var. Həmin ərazilərdə xüsusi texnikalardan istifadə edərək təmizlənmə işlərini həyata keçirəcəyik. Əraziyə giriş yollarının təmizlənməsi işləri aparılır. Giriş xətlərinin açılmasını həyata keçirmişik. Hazırda ölçmə və işarələnmə işləri aparılır”, – deyə baş əməliyyat mütəxəssisi vurğulayıb.

Qeyd edək ki, Cocuq Mərcanlı kəndində minatəmizləmə əməliyyatlarının aparılacağı ərazinin ölçüsü müəyyənləşdirilib. Belə ki, 300 hektar ərazidə əməliyyatlar aparılacaq.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın