Bazar ertəsi , Mart 8 2021
Ana səhifə / Siyasət / Co Baydenin siyasəti Trampın siyasətindən nə qədər fərqlənəcək? (ŞƏRH)

Co Baydenin siyasəti Trampın siyasətindən nə qədər fərqlənəcək? (ŞƏRH)

ABŞ-ın yeni prezidenti Co Bayden adminstrasiyasının Cnubi Qafqaza yönəlik siyasəti Tramp adminstrasiyasının yanaşmasından kəskin fərqlənəcək.
Qaynarinfo xəbər verir ki, bu fikirləri politoloq Xaqani Cəfərli bildirib.
Onun sözlərinə görə, Baydenin prezident seçilməsi ilə Trampın təcridcilik siyasəti sona çatdı: 
“Bunu Co Bayden “Əcnəbi liderlərə səslənirəm, Amerika qayıdır. Biz oyuna qayıdırıq” bəyanatı da aydın göstərir. Bu bəyanat II Dünya müharibəsindən sonra ABŞ-ın xarici siyasətinin əsasını təşkil etmiş Transatlantik strategiyaya qayıdılmasının xəbərdarlığıdır. Transatalntik təhlükəsizlik strategiyası ABŞ-la Avropanın təhlükəsizliyinin bir-birinə bağlı olmasını özündə ehtiva edir. Bu strategiyanın əsasında isə Transatlantik məkanın genişlənməsi yolu ilə təhlükəsizliyinin təmin edilməsi müddüası durur.
Co Bayden adminstrasiyasının bölgəmizə yönəlik siyasətinin Tramp adminstrasiyasının siyasətindən fərqli olacağını göstərən ikinci məqam isə 4 illik fasilədən sonra demokratiya məsələsinin Vaşinqtonun xarici siyasətinin əsas prinsiplərindən biri olacağıdır. Xarici siyasətdə demokratiya məsələsinin önçüllük təşkil edəcəyini Co Bayden şəxsən açlqlayıb.
Üçüncü məqam Co Baydenin hakimiyyəti zamanında Vaşinqtonun xarici siyasətini həyata keçirəcək komandanın Trampın komandasından çox fərqli olmasıdır. Tramp prezident seçildikdən sonra Dövlət katibi postuna ExxonMobil şirkətinin Direktorlar Şurasının sədri Reks Tillersonu təyin etdi. Tillersonin dövlət katibi olduğu 14 ay Vaşinqtonun xarici siyasətində ticarət maraqlarının təhlükəsizlik maraqlarından önə keçdiyi dövr kimi qalacaq. Doğrudur, Mayk Pompeonun Vaşinqtonun xarici siyasəti ilə bağlı Tillerson və Trampdan fərqli idi. Amma Tramp imkan vermədiyi üçün Pompeo Vaşiqntonun xarici siyasətində kəskin dəyişiklik edə bilmədi.
Co Bayden isə Trampdan fərqli olaraq xarici siyasəti peşəkar kadrlara həvalə edib. Dövlət katibi vəzifəsinə namizəd göstərilən Entoni Blinken Transatlantik strategiyayanın alternativi olmadığını düşünən şəxslərdəndir. Blinken Putin Rusiyasını da bu strategiyaya ən böyük təhlükə və mane hesab edir. Blinken Rusiyaya qarşı tətbiq edilmiş ilk sanksiyaların müəllifi, Ukraynanın silahlandırılmaısnın qızğın tərəfdarı kimi tanınır.
Dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsinə Co Bayden Vendi Şermanın namizədliyini irəli sürüb. İranın nüvə proqramı , KXDR-nin nüvə silahı və balastik raketləri ilə bağlı danışıqlarda iştirak etmiş Vendi Şerman Obama tərəfindən “Milli təhlükəsizlik qalxanı” medalı ilə təltif edilib. Ən çox diqqət çəkən isə dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsinə 32 il diplomatik təcrübəsi olan Viktoriya Nulandın namizəd göstərilməsidir. Postsovet məkanında Nuland Ukraynadakı məxməri inqilabın ilhamvericisi kimi tanınır. Dövlət katibinin demokratiya və insan haqları məsələləri üzrə müavini vəzifəsinə 20 illik diplomat təcrübəsi olan Uzra Zeyanın namizəd göstərilib.
Ceyk Sallivanın prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsinə təyinatı isə Vaşiqntonun xarici siyasətini həyata keçirəcək komandanı tamamlanması deməkdir. Rusiyanın hökumət mediasında Co Baydenin komandası artıq “Qurd sürüsü” kimi qiymətləndirilib.
“Qurd sürüsü”nün Vaşiqntonun xarici siyasətində nələri dəyişməyə başlayacağı isə çox yaxın günlərdə aydın olacaq”.

Həmçinin oxuyun

Sərdar Cəlaloğlu: “Köçəryanın cürəti varsa, gəlsin vuruşaq”

“Robert Köçəryan və onun kimilər özləri danışmır, onları danışdıran Rusiyadır. Köçəryan bizi müharibə ilə hədələmək …