Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “CinemaPlus Ganjlik Mall” kinoteatrında “Spark”-ın təqdimatı

“CinemaPlus Ganjlik Mall” kinoteatrında “Spark”-ın təqdimatı

Premium kinoteatr “CinemaPlus Ganjlik Mall”-da 2017-cı ildə “Cinemazadeh” studiyasında azərbaycan dilində peşəkar dublyaj olunmuş “Spark. Bəşəri Qəhrəman” cizgi filmin təqdimatı baş tutub.

Dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, prodüseri Tural Əsədov, səs rejisoru Orxan Həsənli, masterinq Azad Vəliyev, tərcüməçi Xumar Quluzadə, post prodakşn Vüqar İslamzadə, direktor Cəfər Axundzadə.

Animasiya filmini əməkdar artistlər Murad Dadaşov, Sənubər İsgəndərli və Cabir İmanov, İslam Mehrəliyev, Hüsniyyə Məhərrəmova, Tural Əsədov, Azər Aydəmir, Rövşən Məmmədli kimi məşhur aktyor və aparıcılar səsləndirib.

Ailəvi komediya cizgi filminin rejissoru Aaron Vudlidır.

Cizgi film haqqında qısa məlumat: Qüdrətli şər qüvvələr gözəl planeti zəbt ediblər və kainatı əsarət altına alıblar. Lakin heç nə Spark və onun dostlarını təslim olmağa məcbur edə bilməz.

Əgər səndə cəsur və xeyirxah ürək, qalib gəlməyə əyilməz əzm və sadiq komanda varsa istənilən vəzifənin öhdəsindən gələ bilərsən. Kainatın xilası üçün ulduz tapşırığı başlayır.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

 

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın