Cümə , Yanvar 22 2021
Ana səhifə / Siyasət / Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı olub

Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı olub

Dekabrın 5-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd edilib ki, tərəflər Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanatın müddəalarının icrasını, həmçinin rusiyalı sülhməramlılarla qarşılıqlı əlaqəni müzakirə ediblər.

XİN rəhbərləri ikitərəfli əməkdaşlığın aktual məsələlərini və beynəlxalq gündəmdəki bəzi mövzular ətrafında da fikir mübadiləsi aparıblar.

Həmçinin oxuyun

Müxalifət “satqın”ı niyə hakimiyyətdən uzaqlaşdıra bilmir…

Ermənistan müxalifəti 10 noyabr üçtərəfli razılaşmasından sonra baş nazir Nikol Paşinyana “satqın” damğası vurub onu …