Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Siyasət / Cenevrə görüşü niyə təxirə salındı?

Cenevrə görüşü niyə təxirə salındı?

Azərbaycan XİN-i ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə bu günə təyin olunmuş görüşünün oktyabrın 30-na keçirilməsini təklif edib və bugünkü görüş təxirə salınıb.

Cenevrədə yalnız ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş nəzərdə tutulurdu, dünən əlavə olaraq Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün də keçirilməsi təklif olunub, amma hələ razılaşdırılmayıb.

Görüşün vaxtının dəyişdirilməsi bir neçə zərurətdən doğub: Cenevrədə görüş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün baza prinsiplərinə uyğun lazım olan addımların müzakirəsi, şərtləri razılaşdırılması , razılaşdırlımış şərtlərin həyata keçirməyə başlamaq üçün bir planlaşdırılırdı.

Dünən Ermənistann “post sovet tarixində, MDB ölkələrində mülki əhaliyə qarşı həyata keçirilmiş ən qanlı təcavüzlərindən biri olan raket hücümu ilə bugünkü görüşü sabotaj etdi. Bu sabotaj həm də Ermənistan tərəfinin danışıqlar əhəmiyyətsizdir mesaji verməsi idi. Bu isə Ermənistan Baş Naziri Nikol Paşınyanın “konfliktin diplomatik həlli mövcud deyil” açıqlamasını təsdiqləmiş olur.

Belə olan halda, Ermənistan ATƏT-in Mİnsk Qrupu və həmsədr ölkələrinin ki, onlar həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir münaqişənin həllinə dair səylərinin əhəmiyytsiz elan etmiş olur.

29 oktyabr görüşün təxirə salınmasında Azərbaycanın təşəbbüsü növbəti görüşdə baza öhdəlikləri üzərində yeni təkliflər hazırlanması üçün müddət üçün görüşün təxirə salınmasıdır.


Yeni təkliflər atəşkəsin monitorinqi üzrə parametrlər mövzusunda “cəld və çevik” təsir alətlərinin formalaşması ilə münaqişənin tam həlli prosesini ehtiva edir.

Azərbaycan tərəfi danışıqlarla paralel getməsində israr etdiyi təkliflərdən bir neçəsini sadalayıram:

1) Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərinin hamısından çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir.

( vaxt cədvəli olması keçən görüşdə razılaşdırılıb) ;

2) Ermənistan tərəfi vaxt cədvəli ciddi riayət etməli;

3) sapmalar olacağı halda həmsədrlərin, tərəflərin məsuliyyəti və öhdəliyi müəyyənləşməli;

Dünən Bərdəyə hücumla Ermənistan “humanitar atəşkəs dövründə” insanlığa qarşı cinayət törətməklə həmsədrlərin münaqişənin sülh yolu ilə həlli məsələsindəki xülyalarını basdırmış oldu. Biz bunu həmişə bildirmişik və ermənistan növbəti dəfə sübut etdi ki, haqlıyıq.

Yeganə HACIYEVA,

Beynəlxalq məsələlər üzrə ekspert

Həmçinin oxuyun

Leyla Abdullayeva: “Laçın artıq azaddır”

Ölkəmizin tarixi ərazisi, dilbər güşəsi Laçın artıq azaddır. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla …