Bazar ertəsi , May 20 2019
Ana səhifə / Siyasət / Çavuşoğlu Paşinyanı təbrik etməsinə aydınlıq gətirdi

Çavuşoğlu Paşinyanı təbrik etməsinə aydınlıq gətirdi

“Türkiyə xarici işlər nazirinin ölkədə keçirilən seçkilərdən sonra ilk səfərini Azərbaycana etməsi olduqca sevindiricidir və bu, artıq ənənə halını alıb”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.

XİN rəhbəri bildirib ki, bu gün baş tutan görüşdə Bakı-Tbilisi-Qars dəmiryolu üzrə daşımaların artırılması barədə müzakirələr aparılıb. Bundan əlavə, enerji layihələri, xüsusilə TANAP və TAP layihələri nəzərdən keçirilib.

“Biz bu il TANAP-ın açılışını etdik, gələn il isə istifadəyə veriləcək. TAP layihəsi ilə Azərbaycan qazı Avropaya gedəcək. Biz hər səfərimizlə qardaşlığımızı daha da gücləndiririk. Bu gün biz Avropa Şurası və AŞPA-da son vaxtlar baş verənləri də müzakirə etdik. Müzakirələrə Səməd Seyidov da qatıldı. Təəssüflər olsun ki, son zamanlar bu qurumlar əvvəlki nüfuzunu itirib”.

Çavuşoğlu, həmçinin qeyd edib ki, o, NATO sammiti çərçivəsində Ermənistanın xarici işlər naziri Zohrab Mnatasakanyanla görüşüb. Nazir Ermənistanın baş naziri Nikol Paşinyanı təbrik etməsi ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Mnatasakanyanla bir-birimizi tanıyırdıq. Mən onu xarici işlər naziri təyin olunması münasibəti ilə təbrik etdim. Onun yanında baş nazir Nikol Paşinyan da var idi və onu Ermənistanın baş naziri seçilməsi münasibəti ilə təbrik etdim. Mənim onu təbrik etməyim bizim Azərbaycan, Qarabağla bağlı siyasətimizin dəyişməsi anlamına gəlmir. Bizim mövqeyimiz bəllidir. Azərbaycanın qəbul etdiyi istənilən qərarı dəstəkləyirik”. (AzVision.az)

Həmçinin oxuyun

Zərdüşt Əlizadə: “Rusiyanın yeni ekspansiyalar üçün qüvvəsi qalmayıb”

Estoniyanın müdafiə naziri Rusiyanın qərb sərhədlərinə böyük hərbi qüvvələr cəmləşdirdiyi ilə bağlı açıqlama verib. Ölkəsinin  …