Şənbə , Sentyabr 26 2020
Ana səhifə / Siyasət / Çavuşoğlu: “Həmsədrlər münaqişənin həlli üçün səy göstərmirlər” — VİDEO

Çavuşoğlu: “Həmsədrlər münaqişənin həlli üçün səy göstərmirlər” — VİDEO

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qərarlar olsa da, münaqişə həllini tapmır. ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin həlli üçün səmimi şəkildə səy göstərmirlər”.

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Bu ilin 12 iyul tarixində Ermənistan qardaş Azərbaycanın Tovuz rayonuna hücum edib. Türkiyə Cümhuriyyəti olaraq o gün nə demişiksə, bu gün də onu deyirik. Azərbaycan tək deyil, bütün gücümüzlə Azərbaycanın yanındayıq”, – deyə Türkiyə XİN başçısı qeyd edib.

Baku.TV

Həmçinin oxuyun

Məlahət İbrahimqızı: “Bu, Rusiyaya işğala məruz olan tərəfin açıq nümayişi idi”

Xəbər verildiyi kimi, sentyabrın 21-23-də Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə …